İnsanı əziz edən sifəti necə əldə etmək olar?
Əziz – İlahi adlardan biridir ki, Qurani-Kərim bu haqda buyurur:
“Həqiqətən Allah əziz və hikmətlidir”. (“Bəqərə” 220). “Allah (hər şeydən) uca və böyükdür”. (“Loğman” 30). “Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur”. (“Nisa” 139). “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən». (“Ali-İmran” 26). Peyğəmbərlər (ə) və möminlər o kəslərdir ki, Allah onları izzətli etmişdir. “Halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər”. (“Munafiqun” 8). Hər kim bu izzəti əldə etmək istəyər, gərək onu tövhiddə axtarsın. “Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə, (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur”. (“Fatir” 10). İslam Peyğəmbəri (s) buyurur: “Sizin Allahınız hər gün buyurur: “Mən – Əziz və Dəyərliyəm. Hər kim iki dünyanın izzətini istəyir, gərək Əziz Allaha itaət etsin”. Əlbəttə, izzət sahibi olmaq – möminlər və İlahi övliyalar üçün batini bir məsələdir. İnsan mömincəsinə düşünərək onu əldə edə bilər. Möminlərdən qeyrisi onu dərk edə bilməz. Ona görə də mömində olan izzət həmişəlikdir və hətta əgər cismi əziyyət görərsə, işgəncə olarsa, ya bu yolda ölərsə - bunların heç birində izzəti sual altına düşməz. Ona görə də neçə əsrdir ki, Aşura izzəti aradan getmir, bu, müsəlmanlar üçün həmişəlik izzətə çevrilir. /Deyerler.org/ Oxşar xəbərlər
|