Bərəkətli “əyyamul-bid” – ağ günlər nədir və onun qısa tarixçəsi
Mьəllif: admin1
Tarix: 3-04-2018, 22:42
Bərəkətli “əyyamul-bid” – ağ günlər nədir və onun qısa tarixçəsi
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə-115)

Şərq və qərb, bütün məkan Allaha məxsus olduğu kimi, bütün zaman da Ona məxsusdur. Bəndə hər bir zamanda oz rəbbi ilə razu-niyaz edə bilər.

Bununla belə bəzi vaxtlar vardır ki, o vaxtlarda Allahın xüsusi lütf və inayəti vardır. Məsələn cümə günü və axşamı kimi, yaxud mübarək ramazan ayının günləri kimi.

“Əyyamul-bid”- yəni ağ günlər kimi qeyd edilən bu günlər də xüsusi inayət daşıyan günlərdəndir. Bu günlər düaların qəbul olunan, özündə böyük rəhmət ehtiva edilən günlər kimi də tərənnüm edilir.

Bu “əyyamul-bid” günləri hər hicri-qəməri ayının 13, 14 və 15 günləridir. Amma bu aylar içində rəcəb, şəban və ramazan ayları xüsusi əhəmiyyətə malikdir.

Bu 3 günün özünə məxsus əməlləri və duaları da vardır. Həmçinin bu 3 gündə “etikaf” da tövsiyə olunur. Yəni etikaf üçün ən münasib günlər hesab olunur.

Etikaf 3 gün məsciddə ibadət üçün qalmağa deyilir. Həmçinin bu 3 gündə oruc tutmaq da şərtdir.

“Əyyamul-bid” sözünün mənası ağ-günlər deməkdir. Yəni bir növ ağarmaq, günahlardan paklanmaq mənasındadır ki, hər kim bu günlərin mənəvi bərəkətindən faydalansa Mütəal Allah o şəxsin bütün günahlarını paklayıb, onu nur kimi ağ edər.

Bu günlərin belə adlanmasının səbəbini qeyd edən hədislərdə deyilir:

“Cənnətdən qovulan Adəmi (ə) Cəbrayil (ə) yer üzünə gətirəndə onun rəngi qap-qara olmuşdu. Mələklər bu haləti görüb aləmlərin rəbbinə dua edib dedilər:

Pərvərdigara! Nə üçün yaradıb Öz ruhundan üfürdüyün, sonra mələklərə onun üçün səcdə etməyi əmr etdiyin bu Adəmi (ə) bir günahına görə belə qara hala gətirdin?

Nida gəldi: Ey Adəm rəbbin üçün oruc tut!

Adəm (ə) oruc tutdu və beləcə 3 gün ardıcıl oruc tutmaq əmri gəldi və Adəm oruc tutdu. Hər gündə bir az ağardı və beləcə həmin 3 gündə tam ağardı. Bu səbəbdən həmin bu 3 gün “Əyyamul-bid”-ağarma günü adlandırıldı.” (Şeyx Səduq. İləluş-şəraii 2/235)

Hicri aylarının həmin 3 günündə oructutmaq, həmçinin kitablarda qeyd edilmiş əməlləri yerinə yetirməyin böyük mənəvi təsiri və bərəkəti vardır. Ümid edilir ki, Allah Təala həzrət Adəmi (ə) bağışlayıb, ağartdığı kimi bu bərəkətli günləri dəyərləndirən hər bir kəsi bağışlayıb, nuraniyyət bəxş edə.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031