İslamda etikaf nədir və onun hansı şərtləri vardır
“Etikaf” sözünün lüğəti mənası bir yerdə qalmağa, durmağa deyilir. İslam fiqhində işlənmə yeri və mənası isə bir şəxsin 3 gündən az olmamaq şərti ilə, xüsusi göstəriş üzrə məsciddə qalıb ibadətlə məşğul olmağ mənasındadır.
“Etikaf bir müstəhəb əməldir ki, nəzir, əhd və ya and içmək yolu ilə insana vacib olur. Şəri etikaf odur ki, bir şəxs Allaha yaxın olmaq qəsdi ilə məsciddə qala, namaz və dua kimi ibadətlərlə məşğul ola.” – Ayətullah Sistanı. Etikafın bir neçə məxsus şərti vardır: 1-Etikafda olan şəxs aqil (ağlı başında) 2- Allaha yaxınlıq qəsdi ilə olmalıdır (qürbətən iləllah) 3- Üç gündən az olmasın və ardıcıl olsun. Həmçinin etikafda olan şəxs oruc olmalıdır. 4- Birinci günün sübh əzanından qabaqdan 3-cü günün məğrib əzanına qədər məsciddə olsun 5- Heç bir şəri və əqli üzr olmadan məsciddən çıxmasın (ayaq yoluna getmək kimi istisna hallar) 6- Gərək qaldığı məscid ya bu 4 məsciddən biri (Məscidul-həram, məscidi peyğəmbər (s), Qüdsdə olan məscidul-əqsa və Kufə məscidi) olsun, ya da şəhər cameə məscidi olsun. (Cameə məscidi- bayramların qılındığı böyük şəhər məscidlərinə deyilir). 7- Əziyyət olmasın deyə övlad ata-anadan, qadın isə həyat yoldaşından icazə almalıdır. İnsan üçün ilin bütün günləri azı 3 gün olmaqla etikaf etmək müstəhəbdir. Xüsusilə Ramazanın axır 10 günü, Rəcəbin 13,14 və 15ci günləri etikfda olmaq daha çox tövsiyə olunub. Etikafda olan şəxs 1ci və 2ci gün etikaf ibadətini poza bilər, amma 3cü günün məğrib namazından niyyətini poza bilməz və pozmaq haramdır. Etikafın ən az müddəti, birinci günün günəşin çıxmasından 3cü günün məğribinə kimidir.Etikaf oruc tutmadan qeyri- mümkündür, 3cü günə daxil oldusa insan, həmin günün orucu da vacib olur. Etikaf vaxtı insan vacib namazlarından əlavə qəza namazlarını, müstəhəb namazları qıla bilər. Quran və dua oxuta bilər. Kitab mütaliəsi edə bilər, xüsusilə təfsir və hədis kiablarını, elmi bəhsləri ədəblə edə bilər. Dünta və axirətinin xeyirləri, Allahın yaratdıqları barədə təfəkkür edə bilər. Möminləri dua etmək və s. xeyirli işləri görmək olar. Etikafda olana bir neçə şey haramdır: 1. Ətirlər və ətirli güllərdən istifadə etmək 2. Alver etmək 3. Mucadilə etmək 4 . Şəhvətlə əlaqəli işləri görmək. 5. Orucu batil edən işləri etmək. Oxşar xəbərlər
|