UŞAĞI TƏNBEH ETMƏK OLARMI?
Mьəllif: admin1
Tarix: 4-04-2018, 10:10
UŞAĞI TƏNBEH ETMƏK OLARMI?
Bildiyimiz kimi, İslam dinində köbud rəftara, döyməklə tənbeh etməyə, dava-dalaşa və hər növ zor işlətməyə icazə verilmir.

Yalnız o halda icazə verilir ki, sair tərbiyə yolları bütünlüklə bağlanmış olsun, nəsihət, yol göstərmə, təşviq və rəğbətləndirmə və ya bəzi hallarda təhdidlə hədəfə çatmaq mümkün olmasın.

Başqa sözlə desək, İslamda əsl qayda səfa-səmimiyyət, qarşılıqlı anlaşma, məhəbbət, insaniyyət və s.dir. Belə ki, Quranın 114 surəsindən yalnız biri “Tövbə” surəsi istisna olaraq qalan 113 surənin “Bismillahir-rəhmanir-rəhim” ilə nazil olması cəmiyyətdə insani duyğuların, səfa-səmimiyyətin və mehribançılığın, rəhmət və mərhəmətin əsl şərt olmasını göstərir.

Məsumların həyatları haqda mütaliə etdikdə, qeyd olunan sözləri daha da təkidləndirdiyini görərik.

Bir şəxsin bədəməl və ədəbsiz ovladı var idi. O, çarə tapmaq üçün Həzrət Musa ibn Cəfərin (ə) hüzuruna gəlib öz vəzifəsini soruşdu.

Həzrət buyurdu: “Məbada uşağı vurasan! Onu tənbeh etmək üçün bir müddət ondan küs, amma bu küsmək uzun olmamalıdır.”

Göründüyü kimi, övladla küsməyə müəyyən şərt daxilində icazə verilir. 159-cu hədisdə də qeyd olunduğu kimi, Rəsuli-Əkrəm (s) uşağı, doqquz yaşından sonra namazı tərk edərsə, onu məxsus şərtlər daxilində məhdud surətdə vurmağı bir yol kimi təqdim edir.

Başqa bir hədisdə imam Əli (ə) övladları, hətta yetimləri də məhdud şəkildə vurmaqla tərbiyə etməyi, caiz bilir.

Həzrət buyurur: Yəni islami cəmiyyətdə ailə başçısını itirmiş bir övladın tərbiyəsi də unudulmamalı, özbaşına buraxılmamalıdır.

Əksinə, siz yetim bir cavanın tərbiyəsində müsbət tədbirlər görüb onu öz övladlarınız qarşısında hiss etdiyiniz məsuliyyət qədərində tərbiyə edə bilərsiniz, öz uşağınızın vurulmasına gətirib çıxaran səbəblər yetim şəxsdə mövcud olduqda o yetimi ədəbləndirin.

Bu məsələ o qədər aşkardır ki, təqlid mərcələri məhz bu əsasda fətva verərək buyurmuşlar ki, əgər uşaq böyük günahlardan birini görərsə, onun qəyyumu və ya müəllimi (qəyyumun icazəsi ilə) ədəblənənə və diyənin vacib olmayacağı həddə qədər onu vura bilər.

Əlbəttə, bu barədə başqa rəvayətlər də vardır ki, ixtisara riayət etmək üçün onları qeyd etmirik. Şəriət kitablarının “Hüdud” bölməsində kəbirə günahlara mürtəkib olan uşaqların tərbiyələndirilməsi xüsusunda müəyyən cəza tədbirləri nəzərdə tutulub ki, əlavə məlumat almaq üçün bu mövzuda digər hədis və fiqhi ktablara baxa bilərsiniz.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930