Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 4-04-2018, 20:37
Ailəni idarə etmək üçün kişiyə lazım olan 3 xüsusiyyət
Övladın atasına itaət etməsi – İslamın qoyduğu vacib haqlardan biridir. Həzrət Əli (ə) buyurur: “Atanın haqqı odur ki, övladı Allah günahından savayı hər şeydə ona itaət etsin”.

Həzrət Peyğəmbər (s) atanın övladı üzərində olan haqqı barəsində buyurur: “Onu adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaqda əyləşməyin”.

Bir nəfər əziz Peyğəmbərimizə (s) deyir: “Atam mənim malımı özününkü etmək istəyir”. Həzrət (s) buyurur: “Sən də, malın da atanınkıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın razılığı – atanın razılığındadır. Allahın narazılığı – atanın narazılığındadır”.

İmam Səccad (ə) buyurur: “Allah o kəsdən daha çox razı olar ki, ailəsini daha çox rifah və nemətdə qərar verər”.

İmam Sadiq (ə) buyurub ki, kişi evini və ailəsini idarə etmək üçün 3 işi yerinə yetirməlidir. Baxmayaraq ki, xasiyyətinə uyğun olmasa belə: xoşrəftar olmaq, ölçüsündə əliaçıq olmaq, qeyrət və namusluluq.

İmam Sadiq (ə) buyurur: “Övladın ata üzərində üç haqqı vardır: onun üçün yaxşı ana seçmək, ona yaxşı ad qoymaq, tərbiyəsində səy göstərmək”.

Allah Təala cəmi möminləri valideynin haqqını tanıyanlardan qərar versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031