Təvazökarlığın həddi olmalıdırmı?
Mьəllif: admin1
Tarix: 4-04-2018, 20:41
Təvazökarlığın həddi olmalıdırmı?
Təvazökarlıq – ən üstün fəzilətli sifələtdəndir ki, Allah onu möminlərin ən mühüm xüsusiyyətlərindən hesab etmişdir.

Bəs insanın təvazökar olması hansı həddə qədər bəyənilir? Hamıya qarşı eyni ölçüdə təvazökar olmaq lazımdırmı?

1. İnsan nəfsinin hörmət olunması – vacib və zəruri mövzulardandır. Ancaq onu da yaddan çıxartmaq lazım deyildir ki, təvazökar insanın özü də möhtərəm şəxsdir. Ona görə də təvazö göstərməyin həddi və hüdudu vardır. Necə ki, özün kimilərə qarşı təvazö göstərməyəndə onların inciməsinə və əziyyət çəkməsinə səbəb olarsan, təvazökarlıqda ifrat etmək də insanı xar və zəlil hala sala bilər. Ona görə də nə ifrat etmək lazımdır, nə də təfrit.

2. Başqaları qarşısında təvazökar olmağın şiddət və zəif tərəfləri vardır. Yəni, təvazökarlıq heç bir zaman bir ölçüdə nümayiş etdirilməz. Təvazökarlığın ən ifrat halı Allah qarşısında nümayiş olunmalıdır. Ata və ana, Məsumlar (ə), müəllimlər – o kəslərdir ki, onlara qarşı təvazökarlıqda ifrat etmək lazımdır.

3. Bu düzdür ki, hər bir insan möhtərəmdir. Ancaq təvazökarlığın həddi elə olmalıdır ki, o şəxsin ictimai və fərdi şəxsiyyətinə ziyan vurmasın. Əgər insan mənəvi mənfəət əldə etmək üçün təvazö göstərərsə, bu, bəyənilən təvazökarlıqdır.

Ancaq mömin özünü maddi mənfəət əldə etmək üçün xar etməməlidir. İmam Sadiq (ə) buyurur: “Allah Təala möminin işlərini özünə tapşırmışdır. Ancaq özünü xar etməsinə icazə verməmişdir”.

Ona görə də İslam təlimlərində deyildiyi kimi, hər bir şeyin həddi olduğu kimi, təvazökarlığın da həddi və hüdüdu vardır. İnsan bu mövzuda nə ifrat etməlidir, nə də təfrit.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930