Vəhabiliyin Allah barəsində olan etiqadı - Yanlış İbn Teymiyyə düşüncəsi
Mьəllif: admin1
Tarix: 3-04-2021, 10:24
Vəhabiliyin Allah barəsində olan etiqadı - Yanlış İbn Teymiyyə düşüncəsi
Nəzərinizə çatdıraq ki, Vəhabilik firqəsi İslamda çox sonradan ortaya çıxmış, əsasəndə XVIII əsrdən sonra geniş vüsət alıb yayılmışdır.

Onlar özlərini cəmiyyətə müxtəlif adlarla təqdim etsələr də, özlərini Peyğəmbər (s) sələfi (davamçısı) adlandırsalar da, etiqadları əsasən İbn Teymiyyə nəzəriyyələrinə söykənir.

Qed edək ki, İbn Teymiyyə Hz. Peyğəmbərdən (s) təqribən 600 il sonra dünyaya gəlmiş və XIV əsrin əvvəllərində dünyadan köçmüşdür.

Öz primitiv düşüncələrinə görə təqib olunan İbn Teymiyyə yaşadığı vaxtda düşüncələrini müsəlmanlar arasında genişləndirə bilmədi.

Bu düşüncələr yalnız XVIII əsrdən sonra Səud krallığının qurulması, bu krallığın maddi imkanlarının genişlənməsi və Muhəmməd ibn Bəhhabın təbliğatı nəticəsində geniş vüsət aldı. Firqənin “Vəhabi” adlanmasının səbəbi də məhz Muhəmməd ibn Bəhhabın adı ilə bağlıdır.

Vəhabi düşüncəsinin digər İslam təfəkkür məktəbləri ilə ziddiyyət təşkil etməsinin əsas səbəblərin biri də Qurani Kərim ayələrinin sırf zahirinə müraciət etmələri, bu barədə heç bir təfsir və təfəkkürü qəbul etməmələridir.

Onlar iddia edirlər ki, Quran ayəsində necə zikr olunubsa o cür də qəbul edilməlidir. Artıq bunun keyfiyyət və necəliyi bizim idrakımızdan kənardır.

Məsələn “Allah və mələkləri sıra ilə gələr” (Fəcr-22) ayəsinə əsasən Allahın gələcəyini iddia edirlər, lakin bunun necə olacağını biz bilmərik deyirlər.

Halbuki, bu cür tətcümə düzgün deyil. Əslində “Allahın əmri, qudrəti və mələklərin gələcəyi zaman...” kimi tərcümə olunmalıdır (Ziya bünyadov).

Təbii ki, onların bu cür iddiaları və bunulara cavabı heç bir halda qane edici deyildir. Çünki digər Quran ayələri və sağlam ağıl, həmçinin hədislər Vəhabilərin bu cür düşüncələrini təkzib edir. Çünki Allahın gəlməsi üçün, gələcəyi yer Ondan böyük və geniş olmalıdır ki, gələ bilsin (Allaha sığınıram).

Vəhabiliyin Mütəal Allah barəsində yanlış düşüncələrinin dügər nümunələrinə İbn Teymiyyə əsərərində çox rast gəlmək olur. Bunların birinə toxunan Şeyx Əhməd Qəsir (شیخ اسد محمد قصیر) Alkawthartv.com-a verdiyi açıqlamada belə işarə edib buyurur:

““Vəhabiyyə şeyxi İbn Teymiyyə özünün “Məcmul-fətəva” kitabında deyir: “Əgər Allah bir işə əncam vermək istəyərsə və bu işi yerinə yetirmək üçün vasitələrə ehtiyac olarsa, bu vasitələr gərək Allahda da olmuş olsun.”

Şeyx Əhməd: “Görmək və eşitmək üçün gözə və qulağa ehtiyac vardır, o zaman gərək Allahın gözü və qulağı olmuş olsun? (Allaha pənah) Həmçinin yol getmək üçün ayaqlara ehtiyac vardır...

Əlbəttə vəhabilər deyir: Göz, qulaq və digər əzalar Allah Təalanın Öz şəninə uyğundur, insandakı kimi deyildir. Bunlar Allahda vardır. Bu mətləbləri başqa mənalara yozmaq olmaz! (necəki biz deyirik Quranda keçən “Allahın əli” ifadəsi Onun qudrət əli mənasındadır).

Həmçinin İbn Teymiyyə kitabın 3-cü fəslinin 53-cü səhifəsində deyir: “Ciyər və dalaq yeyib-içmək üçün olan əzalardır. Allah bunlardan pak və uzaqdır. Əl isə istisnadır. Allahın iş görməsi üçün ələ ehtiyacı vardır.”

O zaman belə çıxır ki, Allah Təala bir işi görmək, aləmi yaratmaq üçün ələ ehtiyacı vardır...? (Allaha pənah)””


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031