Əllamə Hillinin İmam Zaman ağaya (ə.f.) verdiyi suallar
Mьəllif: admin1
Tarix: 6-04-2018, 21:51
Əllamə Hillinin İmam Zaman ağaya (ə.f.) verdiyi suallar
Əllamə Hilli (r) cümə gecəsi İmam Hüseynin (ə) ziyarətinə gedirdi. Tək idi və ulağın üstündə yol gedirdi. Əlində də qamçı var idi.

Yolun yarısında bir ərəb kişi ilə rastlaşdı ki, o, da piyada həmin yolu gedirdi. Bir-biri ilə söhbət etməyə başladılar. Bir qədər yol gedən kimi Əllamə başa düşdü ki, bu kişi aqil bir insandır. Bəzi elmi məsələlər haqqında danışandan sonra isə Əllamə başa düşür ki, səfər yoldaşı elm və fəzilət sahibidir.

Ona görə də Əllamə elmdə qarşısına çıxan bəzi çətin məsələləri ondan soruşur və həmin şəxs də bir-bir bunlara cavab verir.

Axır elə bir məsələyə gəlib çatırlar ki, həmin şəxs fitva verir, ancaq Əllamə həmin fitvanı rədd edir və deyir: “Sizin fitvanız haqqında hədis bilmirəm”.

Həmin adam cavab verir: “Bu haqda hədisi Təbrisi “Təhzib”də zikr etmişdir. Siz filan səhifənin, filan sətrində bu hədisə rast gələcəksiniz”.

Əllamə çox təəcüb edir ki, bu şəxs kimdir ki, bu qədər elmə malikdir?

Bu zaman Əllamə həmin şəxsdən soruşur: “Qeybət zamanında İmam Zamanı (ə.f.) ziyarət etmək mümkündürmü?” Bu zaman qamçı Əllamənin əlindən düşür. Həmin adam əyilir və qamçını yerdən götürür. Əllaməyə verir və deyir: “İmam Zamanı necə görməmək olar ki, onun əli sənin əllərinin arasındadır”.

Bu zaman Əllamə özünü uzunqulaqdan yerə atır ki, Həzrətin (ə.f.) ayaqlarından öpsün. Özündən gedir və özünə gələndə görür ki, heç kim yoxdur. Evə qayıdıb, “Təhzib” kitabına müraciət edir. Həmin hədisi Həzrətin (ə.f.) buyurduğu səhifədə tapır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031