TARİXDƏ QADIN HÜQUQU
Mьəllif: admin1
Tarix: 7-04-2018, 10:01
TARİXDƏ QADIN HÜQUQU
Tarix boyu qadınlar həmişə məzlum yaşamış, istismara məruz qalmışdır. Dünya tarixi bu fədakar və əziyyət görmüş varlıqların məzlumiyyətini çatdırır.

Qadına qarşı münasibət məsələsini keçmiş dövrlərdə araşdırdıqda çox acınacaqlı hallarla rastlaşırıq. Çünki kişilər öz həyat yoldaşları ilə çox pis tərzdə rəftar edərək onlara əhlilləşmiş bir heyvan kimi baxırdılar.

Qız nə qədər ki, ata evində idi, onların əlində əsir kimi idi, evlənmədən sonra da ərinin müti və iradəsiz quluna çevrilirdi. Qədim dövrün qeyri-mütərəqqi və mədəni cəhətdən geridə qalmış ölkələrində ( Afrika, Avstraliya və Amerika kimi) kişilər öz həyat yoldaşlarını heyvanlar kimi satır, müxtəlif növ istifadələr üçün başqalarına borc verir, onları tənbeh etmək üçün evdən qovurdular.

Onların çöldə ölüb və ya sağ qalmaları kişilər üçün heç bir əhəmiyyət kəsb etmirdi. Bu məzlum varlıqlar həmişə işlə məşğul olmalı və hətta uşaq doğandan sonra da həm evin daxilindəki, həm də çöl işlərini görməyə məcbur idilər. Əri isə onun yerinə istirahət edirdi.

ƏRƏB TAYFALARINDA QADININ VƏZİYYƏTİ

İslamdan qabaq ərəblərin içərisində qadınların vəziyyəti heç də ürəkaçan deyildi. Onlara qarşı son dərəcə rəhmsizliklər rəva görülürdü. Belə ki, bu rəhmsizliklər hər vicdanlı şəxsin qəlbini ağrıdır, göz yaşlarını axıdırdı.

Mədəniyyətdən uzaq olan çöl ərəbləri tam daşürəklik və əsəbiliklə günahsız qızlarını diri-diri torpağa basdırırdılar. Qadınları iradəsiz, şüursuz və dəyərsiz bir varlıq hesab edirdilər.

Bu nadan insanlar arasında qadınlar azacıq insaniyyət hüquqlarından belə məhrum idilər və qeydsiz-şərtsiz ərə tabe olurdular.

Onların arasında evlənmə məsələsi tam rüsvayçı xarakter daşıyırdı. Bir qadın eyni zamanda bir neçə ərlə rabitədə ola bilərdi və övladı təyin etmək də qadının öhdəsində idi.

Bəzi vaxtlar daha yaxşı nəsil yaratmaq üçün həyat yoldaşlarını bir müddət başqalarının ixtiyarına verirdilər və nə qədər ki, başqa kişilərdən hamilə olmayıb, özləri onlarla yaxınlıq etmirdi. Bu iyrənc əmələ ərəblər arasında “istibza” nikahı deyilirdi.

Bu vəziyyətlə belə qadının həyat yoldaşı (sərpərəsti) yox idi, hər gələnin cinsi şəhvətlərini təmin etmək üçün istifadə edilir, ticarət əmtəələri kimi alver edilirdi.

İNKİŞAF ETMİŞ ÖLKƏLƏRDƏ QADIN

O dövrün inkişaf etmiş və mədəni ölkələrində (İran, Roma, Çin, Misir və s. kimi) də qadınların xoşagələn məişətləri, yaşayışları yox idi. Bu ölkələrdə qadının təhqir edilməsi vəhşi qəbilələrdəki kimi çox təəssüflü idi.

Bu tayfalar arasında qadın öz ərinə o qədər tabe idi ki, ərinin ölümü ilə ya onu da diri-diri torpağa basdırırdılar, ya da xarlıq və zillətdə yaşayırdılar.

O dövrün mütərəqqi və mədəni hesab olunan ölkələrində heç bir vəchlə fikir və əməl azadlığına malik deyildilər, icbari olaraq, qeydsiz-şərtsiz ərlərinin iradəsinə tabe idilər.

Qədim İranda bir kişi heç bir məhdudiyyət olmadan bir neçə qadınla evlənə bilərdi. Amma iranlı qadınların ərlərinin ölümündən sonra ərə getməyə haqqı yox idi, əyan-əşrafların arasında ana və bacı kimi məhrəmlərlə evlənmək adi bir iş sayılırdı.

Çində qadının ərə getməsi onun alınaraq qula çevirilməsi demək idi. Onun heç bir ictimai hüququ yox idi. Hətta öz övladları ilə bir süfrə başında oturub yemək yeyə bilməzdi. Bu mədəni ölkədə bir neçə kişi şərikli olaraq bir qadınla evlənirdi və hansı daha güclü olsaydı, övladlar onun olurdu. ARDI VAR...

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930