İSLAMDA QADIN HÜQUQU
Belə bir qaranlıq və irticaçı dövrlərdə İslamın hərtərəfli və cahanşümul günəşi Kəbə üfüqündən parladı, İslamın əzəmətli Peyğəmbəri (s) qadınları qul və köləlikdən azad etdi.
Qadınların kişilərlə müxtəlif sahələrdə çiyin-çiyinə, bərabər olmaları barədə ilahi bir qanun verildi. İslamda qadınlar çox yerlərdə kişilərlə yanaşı yaşayıb onlarla bərabər hüquqa malikdirlər. İndi sizə bu barədə olan bəzi hədislərə və Quran ayələrinə işarə edirik: “Kişilər üçün layiqli hüquqlar olduğu kimi, qadınlar üçün də layiqli hüquqlar vardır, amma kişilər qadınlardan müəyyən cəhətlərdə üstündürlər.” “Kişi və qadınların hər biri bərabər şəkildə özlərinin mal-dövlət və sərmayələrinin sahibidirlər. Qadının bütün mal-dövləti istər irs yolu ilə, istər işləməklə və istərsə də mehriyyə yolu ilə əldə edilmiş olsun, onun özünə məxsusdur, qanuni olan hər bir yolda onlardan istifadə edə bilər, ona heç kəsin müdaxilə etməyə haqqı yoxdur.” Bu ayəyə diqqət yetirməklə İslamda fərdlərin üstünlüyünün təqva və günahlardan pərhiz etmək əsasında olması, habelə, qadın və ya kişi olmq cəhətindən heç bir imtiyazın olmaması məlum olur. İslamda hər hansı üstünlük tələblik haram və qadağandır. Çünki Allah-taala bu ayədə buyurur: “Ey insanlar, həqiqətən Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratmışıq, sonra sizləri tayfalara bölmüşük ki, bir-birinizi tanıyasınız. Həqiqətən Allah yanında sizin ən əziziniz (kəramətliniz) ən təqvalı olanınızdır.” Buna əsasən, İslamda özünü üstün sanmaq pis və qəbahətli iş sayılmışdır. Qadın və ya kişinin hər birinin təqvası daha çox olarsa, o, İlahinin dərgahına daha yaxındır. Belə ki, Qurani-məcid buyurur: İlahi peyğəmbərlərdən biri Həzrət Zəkəriyya Məryəmin uca məqamına qibtə edir, onun Allah dərgahına belə yaxın olmasından təəccüblənir və başa düşür ki, onun kimi əzəmətli bir peyğəmbər belə hələ Həzrət Məryəmin uca məqamına çatmamışdır. Allah-taala İslam göstərişlərini ümumi şəkildə bəyan edərək qadın və kişi arasında heç bir fərq qoymamış, onların hər birinə eyni şəkildə xitab etmişdir. Bu ayə və “Qurani-kərim”də gələn başqa ilahi göstərişlər bəyan edir: “Qadınla kişi zina edərsə, hər birinə yüz şallaq vurun.” Belə ki, bu hökmdə kişi və qadının arasında heç bir fərq qoyulmur.” (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|