Allahın rəhməti hər kəsə şamildir ayəsini necə anlayaq?
Şəni uca olan Mütəal Allah külli aləmin Xaliqi və Malikidir. Bütün aləm Allahın rəhməti ilə bərqərardır. Yəni hər bir şey ilahi rəhmətdən nəşət tapmışdır.
Qurani Kərimdə Əraf surəsində buyrulur: “Mərhəmətim hər şeyi ehtiva etmişdir.” (156) Hawzahnews.com saytı qeyd olunan ayəyə geniş izah gətirmək üçün bu barədə Ayətullah Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb: Sual: “Allahın rəhməti hər şeyi əhatə etmişdir” ayəsində məqsəd nədir? Bunun xüsusi şərti varmı? Cavab: Mətləbə aydınlıq gətirmək üçün Quranın özünə müraciət edək. Əraf surəsinin 156-cı ayəsində buyrulur: “(Allah) buyurdu: 'İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdi. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam!” Şeyx Təbərisi “Məcməul-bəyan” təfsirində yazır: “'İstədiyimi əzabıma düçar edərəm” ayəsində məqsəd Allaha üsyan edənlər və bu ilahi əzaba layiq olanlardır. Bu da onların öz məşiyyət və iradəsi ilə olur. Çünki Allah Təala ayədə bu üsyanı onların öz iradəsinə bağlayıb. Ağıl da (Qurana əsasən) onlar üçün bağışlanılmağın mümkünlüyünü qəbul edir. -(Yəni Allahın əfvi, bağışlması, rəhməti onlar üçün daim açıqdır. Əgər istəsələr. Çünki Şeyxin buyurduğu kimi “Bu da onların öz məşiyyət və iradəsi ilə olur. Yəni Allahın rəhmət qapısı günahkarlar üçün belə açıqdır. Özləri səy edib nail olsunlar.) “Mərhəmətim hər şeyi ehtiva etmişdir” ayəsinə gəlincə isə Həsən və Qütadə bu barədə yazırlar: “Həqiqətən Allahın rəhməti dünyada hər kəsi mömini və kafiri bütünlüklə əhatə etmişdir. Bu rəhmət qiyamətdə isə yalnız möminlərə şamil olacaqdır.” Uteyyə Aufi deyir: “İlahi rəhmət hər şeyi əhatə etmişdir. Lakin bu yalnız möminlər üçün vacibdir. Kafirlər üçün isə yalnız ruzi kimi şamil olur(Yəni dünyada yaşamaları üçün ruzi və möhlət ilahi rəhmətdir). Allah kafirə möminə xatir rəhm edər. Çünki ilahi rəhmət möminləriə daha genişdir. Çünki mömin kafirlərin arasında yaşayır. Əgər qiyamət olsa bu rəhmət yalnız möminə şamil olacaq. Necəki od şöləsi ətrafında olanların hamsını işıqlandırır. Nur (çıraq, lampa) sahibi gedərsə onun işığı da gedər.” Həmçinin bu cür deyənlər də vardır: “İlahi rəhmət genişdir. Kim istəsə daxil ola bilər. Yəni bütün varlıq daxil olsa belə Allahın onlara şamil olacaq rəhməti genişdir.” (İslaminSesi) Oxşar xəbərlər
|