Loğman hansı xüsusiyyətlərinə görə bu cür hikməti əldə etmişdir?
Mьəllif: admin1
Tarix: 10-04-2018, 21:03
Loğman hansı xüsusiyyətlərinə görə bu cür hikməti əldə etmişdir?
Loğman – peyğəmbər olmamışdır, ancaq Allah haqqında çoxlu təfəkkür edən bir bəndə olmuşdur. Allah da onu bu sifətinə görə sevmiş və ona hikməti əta etmişdir.

Bəs Loğman təfəkkür etməkdən başqa nə etmişdir ki, Allahın sevimli bəndəsinə çevrilmişdir?

Loğmanın ən üstün cəhətləri – imana malik olmasında, ixlasında, saleh əməllərində, zahidliyində, halal ruzi yeməsində idi.

İmam Əli (ə) hikmət barəsində buyurur: “Hər kimin 40 gün ixlası olar, halal yeyər, gündüzləri oruc tutar və gecə oyaq qalar(yəni, gecə ibadəti ilə məşğul olar) – Pak Allah hikmət bulağını qəlbindən dilinə axıdar”.

Bir nəfər Loğmanın yanına gəlir və deyir: “Sən Loğmansan? Sən Bəni-Nəhasın qulusan?”.

Loğman deyir: “Bəli”.

Deyir: “Onda sən həmin qaradərili çobansan?”.

Loğman: “Qaradərili olmağım aydındır. Mənə təəccüblənməyinin səbəbi nədir?”.

Kişi deyir: “İnsanların sənin evində toplaşması, sənin qapında toplaşması və dediklərini qəbul etməsi”.

Loğman: “Ey qardaş! Əgər sənə dediyim işləri görsən, sən də bu cür olarsan”.

Deyir: “Hansı işləri?”.

Loğman: “Gözünü bağlamaq, dilini saxlamaq, yediklərinin pak olması, pak ətəkli olmağın, vədənə əməl etmək, əhdə vəfadar olmaq, qonaqpərvər olmaq, qonşuya hörmət etmək, lazımsız işləri buraxmaq. Bunlar məni sən gördüyün kimi etmişdir”.

“Və həqiqətən, Biz Loqmana hikmət verdik (çox faydalı əqli və nəqli elmlər verdik, ona dedik) ki: «Allaha şükür et. Kim şükür etsə, həqiqətən, öz xeyrinə şükür edər və kim kafir (nankor) olsa, (bilsin ki,) Allah (onun şükrünə) möhtac deyil, (O,) həmd olunmuşdur (Onun sifətləri və işləri həmd olunmağa layiqdir)»”. (“Loğman” 12).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031