Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı
Mьəllif: admin1
Tarix: 2-05-2023, 14:44
Dörd fəslin faydası və hikməti nədir? – İmam Sadiqin (ə) mübarək izahı
İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.

“Günəşin qalxması və düşməsi və ilin dörd zamanı barəsində təfəkkür et. Qış fəslində hərarət ağacların daxilinə qayıdar və ondan meyvə meydana gələr. Hava dəyişkən olar. Havanın belə dəyişkən olmasından bulud və yağış bir-birinə çatar. Heyvanların bədəni güclənər.

Baharda isə həmin hərarət (ki, ağacda və bitkilərdə gizlənmişdi) hərəkət edər. Qışda əmələ gələn maddələr doğulub üzə çıxar. Bitkilər cücərər, ağaclar qönçələyər. Heyvanlar nəsillərini artırmaq üçün həyəcana düşərlər.

Yayda hava çox isti olar və meyvələr yetişər. Bədəndə olan artıq maddələr dəf olar. Torpağın üstü quruyar və tikinti üçün hazır olar.

Payızda hava saf olar. Xəstəliklər aradan gedər. Bədənlər sağlam olar. Gecələr uzanar və bu fürsətdə (lazım olan) işlər görmək olar. Hava sərinləşər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031