“Üç şey vardır ki, əgər ümmətim o üç şeydə nə qədər savabın olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün püşk atardılar...”
Mьəllif: admin1
Tarix: 11-04-2018, 21:50
“Üç şey vardır ki, əgər ümmətim o üç şeydə nə qədər savabın olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün püşk atardılar...”
“Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın)”. (“Bəqərə” 43).

“De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur)”. (“Əraf” 29).

İslam dinində camaat namazının əhəmiyyəti çoxdur. Hədislərimiz də biz müsəlmanları camaat namazı qılmağa təşviq edir və onun fəzilətlərindən bəhs edir.
Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim camaat namazı qılmaq üçün məscidə tərəf gedər, hər addımına 70 min həsənə yazılar və 70 min dərəcəsi qalxar.

Əgər camaat namazına riayət etdiyi halda ölərsə, Allah Təala ona 70 min mələyi hakim edər ki, qəbrini ziyarət etsinlər və ona müjdə versinlər ki, qəbrindən qalxacağı gün onunla birlikdə olacaqlar və onun üçün bağışlanma istəyəcəklər”.

Həzrət (s) başqa yerdə buyurur: “Allah camaat namazı qılan bəndədən həya edər. Allahdan hacət istəyərsə, Allah həmin hacəti yerinə yetirər”.

Biz insanlar adətən o işlərin ardınca oluruq ki, bizə daha çox fayda versin. Əmirəl-möminin (ə) buyurur: “Həqiqətən bir dəstə Allaha savaba görə pərəstiş edir – bu, tacirlərin ibadətidir.

Bir dəstə Ona qorxu üzündən pərətiş edir – bu, qulların ibadətidir. Bir dəstə Ona şükür etmək üçün pərəstiş edir və bu pərəstiş – azadilərin ibadətidir”.

Əgər əməllərimizə diqqət etsək görərik ki, həm maddi və həm də mənəvi mövzularda çox vaxt tacirlər kimi rəftar edirik. Adətən savabı çox olan işlərin ardınca düşürük.

Əgər bir ibadət o birisindən daha üstündürsə və savabı çoxdursa – onu yerinə yetirməyə çalışırıq. Bu əqidə ilə camaat namazına diqqət etsək görərik ki, onun savabı adi evdə qıldığımız namazdan dəfələrlə çoxdur.

İmam Sadiq (ə) buyurur: “Alimin arxasında qılınan bir rükət namaz, min rükətin savabına malikdir. Seyyidin arxasında qılmaq – yüz rükətin savabına malikdir”.

İmam-camaat hər nə qədər fəzilətli və bilikli insan olarsa, həmin namazın savabı daha çox olar. Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) bir hədis nəql edir və buyurur:

“Allah Təala vədə vermişdir ki, əgər camaat namazında iştirak edənlərin sayı on nəfərdən çox olarsa, bütün dənizlər mürəkkəb, bütün ağaclar qələm, cinlər, inslər və mələklər yazan olarsa, onun bir rükətinin savabını yaza bilməzlər”.

Əhli-beytdən (ə) nəql edilir: “Əgər insan namazını əvvəl vaxtda tək qılmaq istəyirsə, ancaq camaat namazı axır vaxtda təşkil olarsa, gərək səbir etsin və axır vaxtda namazı camaatla qılsın”.

İmam Sadiq (ə) buyurur: “O namaz ki, axır vaxtda camaatla qılınarsa, əvvəl vaxtda qılınan namazdan daha fəzilətlidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ya Əli! O kəs ki, sübh namazını camaatla qılar, bütün gecəni səcdə və rükü halında olmaqdan daha üstündür”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O kəs ki, camaat namazı üçün mənzilindən xaric olar və ya məsciddə camaat namazının intizarını çəkər, o kəsin savabına malikdir ki, bu müddətdə namazla məşğul olmuşdur”.

Camaat namazında ilk sıranın fəziləti daha çoxdur. Bu haqda İmam Kazım (ə) buyurur: “Həqiqətən namazın ilk sırası – Allah yolunda cihad kimidir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey vardır ki, əgər ümmətim o üç şeydə nə qədər savabın olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün püşk atardılar: azan demək, cümə namazına gəlmək, namazın ilk sırasında dayanmaq”.

İmam Əli (ə) buyurur: “Namazın ən yaxşı sırası – ilk sıradır ki, mələklərin sırasıdır. Birinci sıranın ən yaxşı yeri – imamın sağ tərəfidir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031