Alimin ruhu bədənindən ayrıldı – o, nələri gördü?
Ağa Şeyx Haşim Qəzvini Məşhəd elmi hövzəsinin məşhur alimlərindən olmuşdur. Bu alim başına gələnləri belə nəql edir:
“Bir nəfəri tanıyırdım ki, insan ruhunu bədənindən ayıra bilirdi. Mən onun yanına getdim və ondan xahiş etdim ki, ruhumu bədənimdən çıxartsın. O, razı oldu və ruhumu bədənimdən çıxartdı. Anidən gördüm ki, bədənim bir tərəfə düşübdür və mən də ondan ayrılmışam. Öz-özümə dedim ki, bu azadlıqdan istifadə etsəm, pis olmaz. Qəzvinin yanında olan kəndimizə baş çəkməyi qərara aldım. Gözümü yuyub açdım ki, həmin kənddəyəm. Bayırda on nəfər kişi gördüm ki, bir nəfərin tarlasından su oğurlayırdılar. Bir qədər keçməmiş suyun sahibi gəldi və hadisədən agah olan kimi qəzəbləndi. Əlində olan bellə oğrunun başından elə vurdu ki, oğru can verdi. Mən bütün bu olanları izləyirdim, ancaq məni heç kəs görmürdü. Suyun sahibi qətl etdiyi insanı buraxıb qaçdı. Kəndin qadınları çaydan su götürmək üçün bu yoldan keçəndə ölən şəxsi gördülər və qorxu içində kənd camaatına xəbər verdilər. Kənd camaatı dəstə-dəstə ora gəldi, ancaq qatilin kim olduğunu tapa bilmirdilər. Nəhayət, həmin ölən şəxsi basdırmaq üçün hazır etdilər. Bu zaman yadıma düşdü ki, günəş çıxmaqdadır və mən də sübh namazını qılmamışam. Anidən gördüm ki, bədənimdəyəm. Mənim ruhumu ayıran həmin şəxs dedi: “Halın necədir?”. Mən olanları ona danışdım və hadisənin vaxtını qeydə aldım. Bu hadisədən iki ay keçmişdi. Kənd camaatından bir neçəsi Məşhədə gəlmişdilər. Mənimlə görüşən zaman həmin qətl olunan şəxs haqqında soruşdum. Onlar dedilər ki, hələ qatil tapılmamışdır. Mən yeddi ildən sonra kəndimə gəldim ki, qohum və tanışlarımla görüşəm. İnsanlar məni görməyə gəlirdilər. Nəhayət həmin qatil şəxs də gəldi. Məclis xəlvət olan zaman onu yanıma çağırdım və dedim: “Düzünü de görüm, filan şəxsin qatili kimdir?”. O, bilmədiyini söylədi. Dedim: “Bəs onda o beli kim qaldırdı və həmin şəxsə vurdu?”. Həmin şəxsin rəngi qaçdı və bildi ki, mənim hər şeydən xəbərim vardır. Çarəsiz olanları mənə danışdı. Dedim: “Mən bunların hamısını bilirdim, səndən istəyirəm ki, həmin ölən şəxsin diyəsini verib, varislərindən halallıq alasan”. /Deyerler.org/ Oxşar xəbərlər
|