İMAM KAZİMİN (Ə) ƏXLAQ DƏRSLƏRİNDƏN BİR NÜMUNƏ
Əhli-beyt imamları (ə) məsum və pak insanlar olduqlarından, bəşəriyyətə pak həyatı tanıtdıran ən gözəl örnək və nümunələrdir.
Həmin örnək və nümnunələrdən biri də Əhli-beytin bir üzvü və on dörd məsumun doqquzuncusu olan imam Museyi-Kazimdir (ə). İmam Kazimdən (ə) bizə yadigar qalan kəlamların hər biri pak həyat tərzi üçün bir göstərişdir və onlara əməl etmək insani kamilliyə yetmək, Allaha yaxınlaşmaq üçün bir addımdır. Bu baxımdan, o həzrətin könüloxşayan əxlaq dərslərindən birini şərhi ilə birgə əziz oxucularımıza təqdim edirik: Musa ibn Bəkr imam Kazimin (ə) belə buyurduğunu nəql edir: مَنْ طَلَبَ هَذَا الرِّزْقَ مِنْ حِلِّهِ لِیَعُودَ بِهِ عَلَى نَفْسِهِ وَ عِیَالِهِ كَانَ كَالْمُجَاهِدِ فِی سَبِیلِ اللَّه “Özü və ailəsini dolandırmaq üçün halal ruzi tələbində olan şəxsə Allah yolunda cihad edən şəxsin mükafatı verilər.” (“Kafi”, 5-ci cild, səh.93.) Bu şərif hədisdə işlənən bənzətmədə iki mühüm məsələ diqqəti cəlb edir: biri halal ruzi qazanmağın əhəmiyyəti, digəri isə halal ruzi qazanmağın cihad qədər olduqca çətin bir iş olması. Bir İslam camiəsi o zaman məhv və süquta uğramaqdan amanda qalar ki, həmin camiənin üzvləri düşmənlərlə mübarizə aparmaqdan yorulmasınlar. Düşmənlə mübarizə ən çətin iş olduğu kimi, halal ruzi qazanmaq da mübarizə qədər çətindir. Odur ki, halal ruzi qazanmaq üçün çalışmaq, çətinliklərə sinə gərmək lazımdır ki, pak və dini həyat büsatına sahib ola biləsən. Həmçinin halal ruzi qazanmaq üçün çalışmaq Allah yolunda cihad kimi bir ibadətə, onun mükafat və savabına bərabərdir. Elə bu səbəbdən də, imam Kazim (ə) halal ruzi qazanmağı Allah yolunda cihada bənzətmişdir. (Maide.Az) Oxşar xəbərlər
|