Bu gün İslam himayədarı Əbu Talibin vəfatı günüdür
Həzrət Əbu Talıb Həzrəti Əlinin (ə) atası , Allah Rəsulunun (s) əmisi idi. O cənabın adı İmran, atasının adı Əbdul-Muttəlibdir.
Əbu Talib (ə) besətin ikinci ilində rəcəb ayının 26-da yetmiş bir yaşında dünyasını dəyişib. Çətin günlərdə daima peyğəmbərə arxa olan, xüsusən də peyğəmbərliyin ən cətin illərində müsəlmanlara dayaq olan o böyük şəxsiyyətin vəfatı həm müsəlmanlar, həmdə Allah Rəsulu (s) üçün ağır itki oldu. Əbu Talib (ə) düyasını dəyişəndə Allah Rəsulu (ə) əmisini dəfn edərkən buyurdu: "Ey əmi kiçikliyimdə mənə qəyyum, böyüklüyümdə isə yardımçı və himayədar olmusan." Həmçinin peyğəmbər (s) əmisinin vəfatından sonra buyurmuşdu: “Əbu Talib sağ olduğu müddətcə Qureyş məndən çəkinərdi.” (İbni Əsir. Əl-bidayətu bən-nihayəti 3/164) Təəssüf ki, Həzrəti Əli(ə) kimi bir şəxsin atası haqqında, onun iman gətirməməsi, islamı qəbul etməməsi haqda fikir söyləyənlər də mövcuddur. Amma mərhum Əllamə Məclisi buyurur: "İmamiyyə alimləri yekdilliklə bu fikirdədirlər ki, O həzrətin islama və peyğəmbərə (s) imanı olmuş, hec vaxt hec bir bütə pərəstiş etməmiş, Həzrəti İbrahim(ə) peyğəmbərin ardıcıllarından olmuşdur." İbni Əsir Cəzri Şafei deyir: Əhli beyt alimləri ümumilikdə Əbu Talibin (ə) iman gətirməsinə icma ediblər. Onların icması höccətdir ( dəlil və sübutdur). Həqiqətən o dövrün tarixi hadisələrini mütaliə edib gözdən keçirdikdə, Həzrəti peyğəmbəri(s) uşaqlıq cağından besətə qədər olan dövrdə, besətdən sonrakı illərdə xüsusən də, yeni iman gətirmiş müsəlmanlarla ticarətin və köməyin qadağan edildiyi bir vaxta Əbu Talibin (ə) himayəsini görürük. Bunun əyani sübutlarından biri də “Şibi-Əbu Talib” hadisəsidir. Məkkə müşrikləri yeni iman gətirən möminləri 3 illik iqtisadi böhrana saldılar. Müşrüklər möminləri və ailələrini Əbu Quveys dağının ətəyində bir yerə yığdılar, başlarına da silahlı təyin edib onlarla hər cür əlaqəni qadağan etdilər. Əbu Talib də 3 ilə yaxın müddətdə, sona kimi peyğəmbər (s) və müsəlmanlarla birgə o çətin günlərin ağrı-acılarını dadı. Əbu Talibin İslamı və müsəlmanları himayə etməsi barədə tarixi qeydlər yetəri qədərdir. Əgər bu böyük ruhiyyəli şəxsiyyətin Allaha və İslama imanı yox idisə, onu bu cür əziyyətlərə qatlaşmağa və digər qardaşlarından və yaxınlarından fərqlənməyə vadar edən nə idi? Həzrəti Peyğəmbərimizin (s) Əbu Talibi (ə) dəfn edərkən etdiyi dua dediklərimizi bir daha təsdiqləyir, həmçinin Peyğəmbər (s) Xanım Xədicənin və Əbu Talibin dünyadan köçdüyü ili “Amul-hüzn” (kədər ili) adlandırıb. Oxşar xəbərlər
|