MÜBARƏK RƏCƏB AYININ 27-Cİ GÜNÜNÜN GECƏSİNƏ MƏXSUS ƏMƏLLƏR
Mьəllif: admin1
Tarix: 13-04-2018, 23:46
MÜBARƏK RƏCƏB AYININ 27-Cİ GÜNÜNÜN GECƏSİNƏ MƏXSUS ƏMƏLLƏR
Bu gecə “Məbəs” bayram‎ını‎n gecəsidir, yəni İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi günün (Rəcəb ayının 27-ci günü) gecəsidir və həmin gecə bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:

1. Kəfəmi “Misbah” kitabında yazır: “İmam Cavaddan (ə) belə nəql olunur: “Rəcəb ayında bir gecə var ki, günəşin saçdığı hər bir şeydən yaxşıdır və o, bu gecədir (Rəcəb ayının 27-ci gününün gecəsi – Aprelin 13-ü)... Həqiqətən, bu gecənin savabı şiələrimiz üçün altmış ilin savabına bərabərdir.”

Həzrətdən: “Həmin gecə hansı əməlləri yerinə yetirmək lazımdır?” – deyə soruşduqda, belə buyurdu: “İşa namazını qıldıqdan sonra, gecənin bir vaxtında on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra Qurani-Kərimin kiçik surələrdən birini (“Mühəmməd” surəsindən sonra hər hansı bir surəni) oxuyursan. Hər iki rükətli namazın salamından sonra oturub, yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrini və “Ayətül-kürsini”, daha sonra isə bu duanı oxuyursan:

“Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira. Əllahummə inni əs`əlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər-rəhməti min kitabik, və bismikəl ə`zəmil ə`zəmil ə`zəm, və zikrikəl ə`ləl ə`ləl ə`la, və bi kəlimatikət-tammat, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təf`ələ bi ma əntə əhluh.

(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!)

Sonra Allahdan digər hacətlərini diləyirsən!”

2. Bu gecənin müstəhəb əməllərindən biri də qüsl etməkdir.

3. Bu gecənin ən fəzilətli əməllərindən biri də imam Əmirəlmöminin Əlinin (ə) (yaxın və yaxud uzaqdan) ziyarətidir.

4. Şeyx Kəfəmi “Bələdül-əmin” kitabında “Məbəs” gecəsi bu duanın oxunmasını da qeyd etmişdir:

Əllahummə inni əs`əlukə bit-təcəllil (bin-nəclil) ə`zəmi fi hazihil-ləyləti minəş-şəhril muəzzəm, vəl mursəlil mukərrəm, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təğfirə ləna ma əntə bihi minna ə`ləm, yə`ləmu və la nə`ləm. Əllahummə barik ləna fi ləylətina hazihilləti bişərəfir-risaləti fəzzəltəha, və bikəramətikə əcləltəha, və bil məhəlliş-şərifi əhləltəha. Əllahummə fəinna nəs`əlukə bil məb`əsiş-şərifi vəs-səyyidil-lətifi vəl unsuril əfif, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təc`ələ ə`maləna fi hazihil-ləyləti və fi sairil-ləyali məqbuləh, və zunubəna məğfurəh, və həsənatina məşkurəh, və səyyiatina məsturəh, və qulubəna bihusnil qəvli məsrurəh, və ərzaqəna min lədunkə bil yusri mədrurəh. Əllahummə innəkə təra və la tura, və əntə bil mənzəril ə`la, və innə iləykər-ruc`a vəl muntəha, və innə ləkəl məmatə vəl məhya, və innə ləkəl axirətə vəl u`la. Əllahummə inna nəuzu bikə ən-nəzillə və nəxza, və ən-nə`tiə ma ənhu tənha. Əllahummə inna nəs`əlukəl cənnətə birəhmətikə və nəstəizu bikə minən-nar, fəəizna minha biqudrətikə və nəs`əlukə minəl huril iyn, fərzuqna biizzətikə vəc`əl əvsəə ərzaqina ində kibəri sinnina, və əhsənə ə`malina indəqtirabi acalina, və ətil fi taətik, və ma yuqərribu iləykə və yuhzi indək, və yuzlifu lədəykə ə`marəna, və əhsin fi cəmii əhvalina və umurina mə`rifətəna, və la təkilna ila əhədin min xəlqikə fəyəmunnə ələyna və təfəzzəl ələyna bicəmii həvaicina lid-dunya vəl axirəh, vəbdə` biabaikə və əbnaina və cəmii ixvaninəl mu`min, fi cəmii ma səəlnakə liənfusina ya ərhəmər-rahimin. Əllahummə innə nəs`əlukə bismikəl əzim, və mulkikəl qədim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğfirə lənəz-zənbəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim, Əllahummə və haza rəcəbul mukərrəmulləzi əkrəmtəna bihi əvvəlu əşhuril hurum, əkrəmtəna bihi min bəynil uməm, fələkəl həmdu ya zəl cudi vəl kərəm, fə əs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərru fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və ən təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi lişəfaətik. Əllahumməhdina ila səvais-səbil, vəc`əl məqiləna indəkə xəyrə məqilin fi zilli zəlil, və mulkin cəzil, fəinnəkə həsbuna və ni`məl vəkil. Əllahumməqlibna muflihinə muncihin, ğəyrə məğzubin ələyna və la zallin, birəhmətikə ya ərhəmər-rahimin. Əllahummə inni əs`əlukə biəzaimi məğfirətik, və bivacibi rəhmətikəs-səlamətə min kulli ism, vəl ğərimətə min kulli birr, vəl fəvzə bil cənnəti vən-nəcatə minən-nar. Əllahummə dəakəd-daun, və dəəvtukə və səələkəs-sailun, və səəltukə və tələbə iləykət-talibunə və tələbtu iləyk. Əllahummə əntəs-siqətu vər-rəca, və iləykə muntəhər-rəğbəti fid-dua. Əllahummə fəsəlli əla Muhəmmədin və alih, vəc`əlil yəqinə fi qəlbi vən-nurə fi bəsəri, vən-nəsihətə fi sədri və zikrəkə bil-ləyli vən-nəhar, əla lisani və rizqən vasiən ğəyrə məmnun, və la məhzurin fərzuqni və barik li fima rəzəqtəni, vəc`əl ğinayə fi nəfsi, və rəğbəti fima indək, birəhmətikə ya ərhəmər-rahimin.

(İlahi, (bu) böyük ayın bu gecəsində əzəmətli təcəllin və kəramətli elçinin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, bizim, özümüzdən də yaxşı xəbərdar olduğun günahlarımızı bağışlayasan. Ey hər şeydən xəbərdar olan Allah, biz nadanıq! İlahi, risalət şərəfi ilə fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gecədə bizə bərəkət ver! İlahi, şərafətli “Məbəs”, (həzrət Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün) mərhəmətli ağa və iffətli-təqvalı şəxsiyyətin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, həm bu gecə, həm də sair gecələrdəki əməllərimizi qəbul edəsən, günahlarımızı bağışlayasan, xeyir işlərimizi yaxşı mükafatlandırasan, günahlarımızın üstünü örtəsən, qəlblərimizə gözəl sözlə (behişt müjdəsi ilə) sevinc bəxş edəsən və ruzimizi Öz tərəfindən asanlıqla bol edəsən! İlahi, Sən (hər şeyi) görür, Özün isə görünmürsən, Sən ən uca məqamdasan, qayıdış yeri və işlərin sonu Sənə doğrudur, ölüm və həyat Sənin əlindədir, axirət və dünya Sənə məxsusdur! İlahi, biz zəlil və xar olmaqdan, Sənin qadağan etdiyin işləri görməkdən Sənə sığınırıq! İlahi, biz Sənin rəhmətin vasitəsilə behişti istəyir, cəhənnəm odundan Sənə pənah aparırıq, Öz qüdrətinlə bizi ondan qoru! Səndən (behiştdə) huri istəyirik, belə isə, öz izzətinlə onu bizə nəsib et, ən bol ruzimizi qocaldığımız zaman, ən gözəl əməlimizi əcəlimiz yaxınlaşan zaman qərar ver, ömrümüzü Sənə itaət, bizi Sənin dərgahına yaxınlaşdıran əməlləri yerinə yetirmək, Sənin dərgahında bəhrələnmək və Sənə yaxın olmaq üçün artır! Bütün hallar və işlərimizdə mərifətimizi kamilləşdir, bizi bəndələrindən heç birinə həvalə (möhtac) etmə ki, bizə minnət qoysun! Bütün dünya və axirət hacətlərimizi rəva et, özümüz üçün Səndən istədiklərimizi öncə əcdadımız, övladlarımız və mömin qardaşlarımıza əta et, ey mehribanların ən mehribanı! İlahi, Səndən istəyir və Sənə Sənin böyük adını və qədim (əbədi) mülkünü and veririk ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən və böyük günahlarımızı bağışlayasan. Həqiqətən, böyük günahları böyükdən başqası bağışlamaz. İlahi, bu əziz Rəcəb ayıdır ki, onunla bizi də əziz etmisən. O, hörmətli ayların birincisidir və bizi ümmətlər arasından həmin ayın vasitəsilə əziz etmisən. Həmd yalnız Sənə məxsusdur, ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Mühəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! İlahi, bizi nicat əhli, xilaskar, qəzəb olunmayan və zəlalətə düşməyənlərdən et! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, məğfirətinin səbəbləri və Özünə vacib etdiyin rəhmətinə xatir məni günahlardan qoru, yaxşı işlərlə faydalandır, behiştə çatdır və cəhənnəm odundan nicat ver! İlahi, Səni çağıranlar çağırdı, mən də çağırdım, Səni istəyənlər istədi, mən də istədim və hacət istəyənlər Səndən hacətini istədi, mən də Səndən hacət istədim! İlahi, Sən mənim etimadım və ümidimsən, dua və arzuların sonu Sənə doğrudur! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, qəlbimə yəqinlik, gözümə nur və sinəmə xeyirxahlıq bəxş et və dilimə gecə və gündüz zikrni cari et, mənə minnətsiz və maneəsiz bol ruzi ver, ruzi verdiklərini bərəkətli et, nəfsimə zənginlik bağışla və məni öz yanında olanlara rəğbətləndir! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!)

Sonra səcdəyə gedib, yüz dəfə deyirsən:

Əlhəmdu lillahilləzi hədana bimə`rifətih, və xəssəna bivilayətih, və vəffəqəna litaətih, şukrən şukra.

(Həmd-səna bizi Öz mərifəti ilə hidayət, Öz vilayətinə məxsus və itaətinə müvəffəq edən Allaha məxsusdur. Ona şükürlər olsun!)

Sonra səcdədən başını qaldırıb de:

Əllahummə inni qəsədtukə bihacəti, və`təmədtu ələykə biməs`ələti, və təvəccəhtu iləykə biəimməti və sadəti. Əllahummənfə`na bihubbihim, və əvridna məvridəhum, vərzuqna murafiqətəhum, və ədxilnəl cənnətə fi zumrətihim, birəhmətikə ya ərhəmər-rahimin!

(İlahi, hacətimə görə Səni qəsd etdim, istəyimə görə Sənə etimad bəslədim, imamlarım və sərvərlərim vasitəsilə Sənə üz tutdum. İlahi, onlara məhəbbətlə bizi faydalandır, onların daxil olduğu yerə bizi də daxil et, onlarla yoldaş olmağı bizə nəsib et, bizi onların zümrəsində (onlarla birgə) cənnətə daxil et! Sənə and veririk öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!)

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Rza Şükürlü (Maide.Az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031