QADINLARIN DƏYƏRİ
İslamın ali dəyərli təlimlərində qadınlara yüksək məqamlar verilmişdir. İslami rəvayətlər onları tərifləmişdir.
İmam Sadiq (ə) buyurur: “Xeyir-bərəkətin əksəriyyəti qadınların vücudunda qoyulmuşdur.” O Həzrət başqa bir hədisdə qadınları iki dəstəyə–yaxşı qadınlar və pis qadınlara ayırıb yaxşıların barəsində buyurur: “Bu qadınların dəyəri qızıl-gümüş, ləl-cəvahiratdan daha da üstündür, heç bir qiymətli daş-qaşın onların müqabilində dəyəri yoxdur.” Rəsuli-Əkrəm (s) buyurur: “Bu dünya bir mətaha bənzəyər ki, onların da ən yaxşısı xoşxasiyyətli qadınlardır.” Bu kəlamlar qadınların yüksək dəyərlərinə işarə edib onların varlıqlarını xeyir-bərəkət mənbəyi, bu dünyanın ən yaxşı mətahı, onların mənəvi dəyərlərini bütün qiymətli şeylərdən üstün hesab edir. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|