Xatəmiyyət - Həzrət Muhəmməd (s) peyğəmbərlərin sonuncusudur
Mьəllif: admin1
Tarix: 15-04-2018, 22:13
Xatəmiyyət - Həzrət Muhəmməd (s) peyğəmbərlərin sonuncusudur
Hazırki insan yer üzündə sakin olandan bu yana Mütəal Allah daimə insanlar arasından ən pak olanlarını vəhy üçün seçmiş və onları Ozü ilə bəşər arasında elçi qərar vermişdir. İlk şəriəti isə Hz. Nuhun (ə) vasitəsi ilə göndərmişdir.

Nuh (ə) peyğəmbərə qədər insanlar Hz. Adəmin (ə) güstərişlərinə və sağlan əqlə riayət etmişlər. Yəni bu o deməkdir ki, insanlar əsasən əxlaq və ədalət əsaslarına tabe olmuşlar.

Təbii ki, zaman keçdikcə insan çoxalmış və yeni həyat tələbləri artmışdır. Bu yeni tələblər öz ardınca yeni qanunlar və hökümlər tələb edirdi. Quranda tam aydın şəkildə bəyan olunmasa da hədislərdə 124 min peyğəmbərin olduğu qeyd olunur.

Onu da qeyd edək ki, yer üzündə eyni zamanda bir neçə peyğəmbəri yaşadığı da bir həqiqətdir. Hətta Quranda buna işarə edilir, onların görüşüb danışmalarından da bəhs edilir.

Qurani Kərim Allah Təalanın bizə təqdim etdiyi ilahi bir kitabdır. Quran ilahi vəhyin və peyğəmbərlik silsiləsinin Hz. Muhəmmədlə (s) bitdiyini aşkar şəkildə belə bəyan edir:

Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir! (Əhzab-40).

Dinlər İlahi və bəşəri olaraq iki qismə bölünür. –“Bəşəri din” insanlar tərəfindən formalaşdırılmış dinlərə deyilir. İnsanlar öz təfəkkür və düşüncələrinə uyğun bucür dinlər formalaşdırır. İkinci isə “ilahi dinlər”dir ki, Allah tərəfindən göndərilmiş nəbilər vasitəsi ilə insanlara çatdırılır.

İlahi dinlərə inanan insanlar da müxtəlif cürdür. Onların bəziləri peyğəmbərlərin bir qismini qəbul edir, bir qismini qəbul etmir. Hətta İslamı və Quranın Allah tərəfində nazil olduğunu iqrar etdiyi halda özlərinə yeni peyğəmbər axtarır və ya müxtəlif cür yalanlarla özlərini peyğəmbər elan edirlər.

Bu düşüncəyə sahib insanlar zaman-zaman olmuş, indi də vardır. Halbuki Quran aşkar şəkildə peyğəmbərliyə xitam verildiyini buyurur!

Artıq bu aşkar Allah kəliməsinə əsasən (Əhzab-40) İslam Peyğəmbərindən (s) bu yana peyğəmbərlik iddiası edən hər bir kəs yalançıdır.

Bundan sonra özünə yeni din və peyğəmbər axtaran hər bir kəs bilsin ki, o İlahi dinin yox, insanları bərabərlik, qardaşlıq, humanistlik adı ilə aldadan, yalançılar tərəfindən formalaşdırmış “bəşəri dinin” ardıncadır.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031