QADINI DÖYMƏK QADAĞANDIRMI?
Mьəllif: admin1
Tarix: 24-06-2020, 09:09
QADINI DÖYMƏK QADAĞANDIRMI?
Bu barədə olan İslam qanunlarının araşdırılması bizi həssas və incə məsələlərə doğru yönəldir, qadınlara ruhi və cismi cəhətdən işgəncə verilməsini ailə hüququna qarşı yönəldilən ən böyük cinayətlərdən hesab edir.

Qadınlar kişilər kimi şərif və insaniyyət dəyərlərinə malik olan varlıqlardır. Buna əsasən, onları döymək, heç də qəbulediləsi bir məsələ deyildir. Onların eşq-məhəbbət yolunda döyünən mehriban qəlbləri şərif və zərif varlıq olduqlarını göstərir.

Onların bədənləri heyvan bədəni deyildir ki, döyülməyə, əzab-əziyyətə və işgəncəyə dözə bilsin. Müqəddəs İslam dini qadınları döyməyi qadağan edir.

Rəsuli-Əkrəm (s) buyurur: “Bir kəsin haqqı yoxdur ki, öz arvadına əzab-əziyyət verib döysün; amma əgər İslam icazə verdiyi istisna hallarında olarsa, eybi yoxdur.”

Əmirəlmöminin Əli ibn Əbutalib (ə) buyurur: “İnsanların tərbiyələndirilməsi ədəblə, heyvanların ədəbləndirilib aram edilməsi isə yalnız döyməklə mümkündür.”

Qadınları döyənlər onları insan və aqil şəxslər sırasında hesab etmirlərmi?

Rəsuli-Əkrəm (s) buyurur: “Ey camaat, siz arvadlarınız barəsində çox ehtiyatlı olub Allahdan qorxun! Çünki onlar ilahi əhd-peymanlarla sizin ixtiyarınıza keçmişlər. Siz Allahın məxsus kəlmələri ilə onları özünüzə halal etmisiniz. Bu halda yaxşı olar ki, bu əmanətləri döyüb incitməyəsiniz, çünki onlar eşq və məhəbbət ocağıdır.”

Həzrət (s) başqa bir hədisdə buyurur: “Təəccüb edirəm o kişilərə ki, həyat yoldaşını vurur, halbuki özü vurulmağa daha layiqdir. Ey müsəlmanlar, qadınlarınızı çubuqla vurmayın. Əgər onları tənbeh etməyə məcbur olsanız, aclıq və üryan saxlamaqla onları ədəbləndirin. Bu üsul sizin dünya və axirətdə xeyrinizədir.”

Bir nəfər Peyğəmbərdən (s) qadınların hüquqları barəsində soruşdu, Həzrət (s) buyurdu: “Gərək kişi arvadının üzünə vurmasın və ona əxlaqi cəhətdən üzünü turşutmasın.”

Həzrət (s) başqa bir hədisdə buyurur: “Sizin ən pis kişilərinizin kim olduğunu deyimmi?” Dedilər, bəli ya Rəsulallah. Buyurdu: “Öz əyalını və nökərini döyüb onlara rəhm etməyən və mehribanlıq göstərməyənlərdir.”

Rəsuli-Əkrəm (s) buyurur: “Hər kəs öz arvadını ömrü boyu üç dəfədən artıq vursa, Allah-taala onu Qiyamət günü bütün məxluqatın içərisindən qaldırıb əvvəldəkilərin və axırdakıların (yəni bütün məxluqatın) içində rüsvay edəcəkdir.”

Bu rəvayətlər əziz oxucular üçün qadını vurmağın qadağan olması barəsində kifayətdir. Çünki qadınlar incə insani duyğulara malik olan ilahi əmanətlərdir.

Buna əsasən, onları kötəkləmək insani atifələrə xəyanət, əmanətdarlıq hüququna riayət etməməkdir.

İkincisi, qadınlar ərlərinin səadət və xoşbəxtlik amili, eşq, səfa-səmimiyyət ocağıdır. Onları vurmaq son dərəcə qəbahət sayılır və ailə ocağını yanar cəhənnəmə döndərir.

Üçüncüsü, qadını vurmaq İslam göstərişlərinin əksinədir. Bu işi görən şəxs dünya və axirətdə Allahın qəzəbinə, Rəsuli-Əkrəmin (s) nifrət etməsinə səbəb olacaqdır. Bu məsələ digər məsələlərdən daha mühümdür.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930