Əhkamı ələ gətirməyin yolları
Məsələ-9) Mükəlləf dini hökmləri üç yolla ələ gətirib və ona əməl edə bilər:
1. İctihad: Şəri hökmər və ilahi qanunları islam fəqihləri yanında sabit olmuş etibarlı mənbələrdən çıxarışı. 2. Ehtiyat: Şəri hökmləri yerinə yetirməkdə elə əməl edə ki, öz şəri vəzifəsini yerinə yetirməyinə xatircəm olsun. Məsələn, bir sıra müc-təhidlərin haram bildiyi və digər müctəhidlərin haram bilmədiyi işləri yerinə yetirməsin. Həmçinin bəzi müctəhidlərin vacib bildiyi və digərlərinin vacib bilmədiyi əməli yerinə yetirsin. 3. Təqlid: Dini hökmlərdə cameüş-şərait müctehidə (yəni təqlid etmək üçün lazımı şərtlərə malik olan müctehidə, başqa sözlə mərceyi-təqlidlik səlahiyyətlərinə malik olan fəqihə) müraciət etməkdən ibarət-dir. Başqa sözlə desək dini hökmləri onun fətvası və rəyi əsasında yerinə yetirməkdir. Məsələ-10) Təqlid məsələsinə ləfzi dəlillərdən (Quran və hədislərdən) əlavə, əql də hökm edir ki, dini hökmlərə agah olmayan şəxs cameüş-şərait müctəhidə müraciət etsin. Məsələ-11) Dini hökmlərdə müctəhid olmayan mükəlləf ya (cameüş-şərait ) müctehidə təqlid etməli ya da ehtiyata əməl etməlidir. Məsələ-12) Ehtiyata əməl etmək ehtiyatın yerlərini, keyfiyyətini və vaxtın çox sərf olunmasını tələb etdiyi üçün daha yaxşıdır ki, mükəlləf dini hökmlərdə cameüş-şərait müctəhidə təqlid etsin. Məsələ-13) Üç şərtlə təqlid insana vacib olur: 1. Mükəlləf olsun; 2. Müctəhid olmasın; 3. Mühtat olmasın (ehtiyata əməl etməsin). Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|