Koreyalı xanım İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Əziz Rəsulallahın (s) peyğəmbərliyə məbus olduğu gün - Məbəs bayramı günü koreyalı xanım İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, ailəsilə birlikdə müqəddəs Məşhəd şəhərini ziyarət edən koreyalı xanım Kim Yunq, Qüds Rəzəvi ostanının Darür Rahmə rəvağına gələrək, cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib. Burada keçirilən xüsusi mərasimdə din alimləri əsas etiqadı prinsiplər və İslam dini ilə bağlı lazımlı məlumatların verməsindən sonra, koreyalı gənc xanım ərəb dilində şəhadət kəlməsini söyləyib və müsəlman olub. Mərasimin sonunda koreyalı yeni müsəlman xanıma Qurani-Kərim kitabı, İslamı qəbul edənlərin həyat hekayəsi, namaz qılmaqla bağlı əhkam kitabı, İmam Rzanı (ə) tanıdan ingilis dilində kitab, səccadə və bəzi digər mədəni hədiyyələr təqdim edilib. Oxşar xəbərlər
|