“Mən atamdan bunları öyrəndim” – İmam Sadiq (ə)
İslam dini əsas 3 təməl üzərində bərqərardır: düzgün etiqad, şəriət təlimləri və gözəl əxlaq.
Düzgün etiqad Allah Təala və Quran elmləri barədə mərifət (bilgi) əldə etməkdən, şəriət təlimləri həyatın hərbir sahəsində ilahi göstərişlərə və həddlərə riayət etməkdən, əxlaq isə fərdi və ictimai davranışlarda yüksək dəyər və keyfiyyət əldə etməkdən ibarətdir. Allahın kitabını və hökümlərini bizə öyrədən peyğəmbərlər silsiləsi (ə) və sonuncu peyğəmbərdən (s) sonra isə imamət (ə) elm və təfəkkür məktəbidir. İslam dinində peyğəmbər (s) 23 il ərzində ilahi vəhyi alıb bəşəriyyətə təqdim edən, imamət isə illər ərzində bu əmanəti həqiqi mənasından təhrif olmaqdan qoruyan bir elm və mərifət dəryasıdır. İmamətin 6-cı günəşi İmam Sadiq (ə) elm və hikmət dəryasından süzülən kəlamlarının birində buyurur: “Atam (ə) mənə 3 şey öyrətdi və 3 şeydən çəkindirdi: Mənə bunları öyrətdi: Ey oğul, pis əməl sahibinə salam vermə! (Ondan uzaq ol) Sözünüə nəzarət edə bilməyən peşman olar! (Danışarkən sözlərinə diqqət et) Pis hesab olunan yerlərə getmə, ittiham olunarsan! (Sənə qarşı bədgümanlıq gətirər, etibardan düşərsən) Məni bu 3 şeydən çəkindirdi: Başqalarının əlində olanlara həsəd edənlə yoldaşlıqdan , Başqalarının pis halına, müsibətinə sevinən kəsdən, Sözgəzdirənlə yoldaşlıqdan çəkindirdi.” (Tuhəful-uqul 376) Qeyd edək ki, Allahın bütün höccətləri, yəni peyğəmbər və imamları (ə) ismət məqamına sahibdirlər. Yəni onlar hər cür günah və xətadan, həmçinin başqalarından öyrənməkdən uzaqdırlar. Bu ali məqamlı şəxslərin öyrədəni Mütəal Allahdır! Oxşar xəbərlər
|