Həftənin bu günlərini oruc tutan üçün 20 dünya hacəti və 20 axirət ehtiyacı yerinə yetər
![]() Həzrət Peyğəmbər (s) buyurur: “Şəban ayının hər cümə axşamı günündə səmanı bəzəyərlər. Mələklər deyərlər: “Pərvərdigara! Bu gün oruc tutanları bağışla. Onların duasını yerinə yetir!””. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim bu ayın ancaq bir gününü oruc tutarsa, Allah onun bədənini cəhənnəm atəşinə haram edər”. İmam Baqir (ə) buyurur: “Şəban ayının orucu – peyğəmbərlərin (ə) və onların davamçılarının orucudur. Ona görə də hər kim Şəban ayında oruc tutar, Peyğəmbərin (s) bu çağırışına “Ləbbeyk!” demiş olar. Həzrət (s) buyurur: “Allah rəhmət etsin o kəsə ki, mənə mənim ayımda yardım edər””. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Şəban ayının bazar ertəsi və cümə axşamı gününü oruc tutarsa, 20 dünya hacəti və 20 axirət ehtiyacı yerinə yetər”. Əmirəl-möminin (ə) buyurur: “Şəban ayının orucu daxili vəsvəsələri və qəlbin pərişanlığını və təşvişini aradan aparar”. /Deyerler.org/ Oxşar xəbərlər
|