Şəban ayının birinci gecəsinin bərəkət dolu namazları
Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, mövzu ilə bağlı kitablarda qeyd olunub.
Bizə yetişən hədislərdə Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır. Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir. Şəban ayının ilk gecəsi üçün xüsusi namazlar qeyd olunmuşdur: 1) İki rəkətdən ibarət olan 6 ədəd namazdır ki, cəmisi 12 rəkət olur.Hər rəkətdə Fatihə surəsindən sonra 15 dəfə İxlas surəsi oxunur. Hz. Peyğəmbər (s) buyurub: “Allah Təala bu namazı qılan şəxsə 12min şəhidin savabını yazar və ona 12 ilin ibadətinin savabını verər. Günahları bağışlanar və anadan yeni doğulmuş kimi olar.” 2) Həmçinin 2 rəkətli namaz buyrulmuşdur ki, hər rəkətdə Fatihədən sonra 30 dəfə İxlas surəsi oxunmalıdır. Namazı salamından sonra desin: اللهُمَّ هذا عَهدی عِندَکَ اِلی یَومِ القیامة Allahumə həzə əhdi indəkə ilə yaumil-qiyaməti Allahım bu mənim sənin yanında qiyamət gününə qədər olan əhdimdir. Hz.Peyğəmbər (s) buyurub: “Onu İblisin və ordusunun şərrindən qoruyar, həmçinin ona düzdanışanların savabı verilər.” Qeyd edək ki, şəban ayının birinci gecəsi rəcəb ayının sonuncu şam əzanından sonra başlayır. Oxşar xəbərlər
|