Hər bir imanlı kəs bu xislətləri özünə aşılamalıdır
Mьəllif: admin1
Tarix: 28-04-2023, 10:13
Hər bir imanlı kəs bu xislətləri özünə aşılamalıdır
Qurani Kərimdə ayə vardır ki, ərəblərdən bir neçəsi Hz. Peyğəmbərə (s) deyirlər biz iman gətirmişik. Lakin ayə nazil olur və ayədə deyilir, ey peyğəmbər (s) o insanlara de ki siz iman gətirməmisiniz, siz müsəlman olmusunuz:

قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ


(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) ərəblər: 'Biz iman gətirdik!' – dedilər. (Ya Peyğəmbər! Onlara) de: 'Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: 'Biz islamı qəbul etdik!' – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır!

Ayədən görünən budur ki, İslam dinini qəbul etmək hələ iman gətirmək mənasında deyildir. Çünki ayə iman gətirməyin əsas şərti kimi qəlbə imanın daxil olmasını əsas bilir.

İnsan ilk öncə İslamı qəbul edib müsəlman olur, sonra isə İslamın göstərişlərinə əməl etdikcə qəlbində Allaha bağlılıq və iman formalaşır. Bu formalaşmış iman onu Allahın dinində möhkəm və sabit qədəmli edir.

İman gətirməyin əsas şərti Allah Təalanın göstəriş və əmrlərinə (şəriətə) əməl etmək və qəlbən rəbbinə bağlanmaqdır. Həmçinin əxlaqında, səbrində, əməl və rəftarında Allahın razılığını qazanmaqdır. İmam Sadiq (ə) iman əhlinə xas olan bir neçə xislətlərə işarə edərək buyurur:

“Gərək mömində bu 8 xislət cəm olsun (özünü göstərsin):

1-Çətinliklər qarşısında mətin olsun

2 - Bəlalar qarşısında səbirli olsun

3 - Rifaha yetişdikdə şükür edən olsun

4 - Allahın verdiklərinə qane olsun

5 - Düşmənə belə zülm etməsin

6 – Dostlarına qarşı qəlbində kin və küdürət olmasın

7 – Bədəni onun əlindən zəhmətdədir

8 – İnsanlar ondan amanda olsun.”

İmamın (ə) qeyd etdiyi bu xislətlər, qəlbində iman formalaşmış mömin bəndənin diqqət etməli olduğu xislətlərdir ki, bu xislətlər onu öz dinində və imanında daha da möhkəm və sabit qədəmli edir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031