Bu ayda 1 gün oruc tutana behişt vacib olar – Şəban ayının savabları, əməlləri, əlamətdar tarixləri
Böyük İslam Peyğəmbəri (s) buyurur: “Şəban – şərəfli bir aydır və o, mənim ayımdır. Ərşi həml edənlər onu böyük tutarlar və haqqını tanıyarlar. Bu, elə aydır ki, Ramazan ayında olduğu kimi, bəndələrin ruzisi artar”.
Şəban ayı – bu hədisdən də göründüyü kimi, əziz Peyğəmbərə (s) məxsus olan şərəfli aydır. Həzrət (s) bu ayda həmişə oruc tutar və orucunu Ramazan ayına qədər davam etdirərdi. Həzrət (s) buyurardı: “Şəban – mənim ayımdır. Hər kim mənim ayımdan bir günü oruc tutarsa, behişt onun üçün vacib olar”. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Şəban ayı gəlib çatardı, İmam Səccad (ə) səhabələrini toplayar və buyurardı: “Ey mənim səhabələrim! Bu, hansı aydır? Bu, Şəban ayıdır və Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Şəban – mənim ayımdır. Ona görə də bu ayda oruc tutun”. And içirəm ki, atam Hüseyn ibni Əli (ə) buyurmuşdur ki, Əmirəl-möminin (ə) buyurardı: “Hər kim Allah Peyğəmbərinə (s) məhəbbət və Allaha yaxınlaşmaq üçün Şəban ayını oruc tutasar, Allah onu sevər. Onu Qiyamət günü Öz kəramətinə yaxınlaşdırar və behişti onun üçün vacib edər”””. Əmirəl-möminin (ə) buyurur: “O zamandan ki, carçının Şəban ayında Peyğəmbəri (s) çağırdığını eşitmişəm, Şəban ayının orucunu tərk etməmişəm. O zamana qədər ki, sağam, Allahın izni ilə tərk etməyəcəyəm”. Şəban ayının müştərək əməlləri ilə tanış olaq: 1. Hər gün 70 dəfə deyək: “Əstəğfirullahə və əs-əluhut təubəh”. (Allahdan bagışlanmaq istəyirəm və ona tərəf qayıdıram) 2. Hər kim 70 dəfə deyək: “Əstəğfirullahəlləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul qayyum və ətubu iləyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram). 3. Bütün ay boyu deyək: “Lə iləhə illəllah və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl muşrikun”. (Allahdan başqa məbud yoxdur, müşrüklərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək ona ibadət edirik). 4. Bu ayın hər cümə axşamı günündə iki rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən (“Fatihə”dən) sonra 100 dəfə “Tövhid” (“İxlas”) surəsini oxumaq. Salamdan sonra isə 100 dəfə salavat demək. Sonra Allahdan hacətini istəmək. 5. Çoxlu salavat göndərmək. 6. Sədəqə vermək, hətta xurma dənəsinin yarısı qədər olsa belə. 7. Təfəkkür etmək və sükut etməyi təmrin etmək. 8. Allahla münacat etmək. Şəban ayında baş verən mühüm hadisələr: 1. Şəban ayının 2-si – İkinci hicri ilində Ramazan ayının orucunun vacib olması vəhyinin gəlməsi. 2. Şəban ayının 3-si – İmam Hüseynin (ə) mövludu. 3. Şəban ayının 4-si – Həzrət Abbasın (ə) mövludu. 4. Şəban ayının 5-si – İmam Səccadın (ə) mövludu. 5. Şəban ayının 11-si – Əli Əkbərin (ə) mövludu. 6. Şəban ayının 15-si – İmam Zaman ağanın (ə.f) mövludu. /Deyerler.org/ Oxşar xəbərlər
|