Qırılmış qəlblərin kəffarəsi
İslam dininin qaydalarına əsasən, möminə əziyyət vermək haramdır. Başqa sözlə desək, möminin ehtiramı Kəbədən daha çoxdur. Ona görə də bu cür insanın qəlbini sındırmaq və sonra pis nəticələrini aradan qaldırmaq çox çətin mövzulardandır.
İnsan əvvəl çalışmalıdır ki, möminin qəlbini sındırmasın. Əgər Allah eləməsin, bu işi görübdürsə, tez onun qarşısını almağa çalışmalıdır. Hədislərin birində oxuyuruq ki, Allah buyurur: “Mən – qırılmış qəlblərin həmdəmiyəm”. Yəni, qəlbi sınıq insanın Allah yanındakı məqamı daha ucadır. Ona görə də Allah Quranda bəzi əməllərdən çəkinməyi tövsiyə edir. Çünki bu əməllər möminin qəlbini sındıra bilər. Onlardan biri – zarafatdır. “Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) – pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!”. (“Hucurat” 11). Eyb axtarmaqdır. “Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin”. (“Hucurat” 12). Üzünü başqalarına tərəfə çevirmək, yəni həmin insandan üz çevirməkdir. «Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz». (“Loğman” 18). Qeybət etməkdir. “Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin”. Ona görə də əgər haqqun-nas kimi bir günaha düçar olmusunuzsa, möminin haqqını verməyə tələsin. İmam Sadiq (ə) buyurur: “Heç bir ibadət möminin haqqını əda etməkdən yüksək deyildir”. Ona görə də hələ ki, fürsət var, sındırdığımız ürəkləri birləşdirməyə çalışaq və onların haqqını əda edək ki, sındırdığımız qəlblərin kəffarəsi olsun. /Deyerler.org/ Oxşar xəbərlər
|