Allah cəhənnəmi niyə yaradıb?
Mьəllif: admin1
Tarix: 24-04-2023, 23:02
Allah cəhənnəmi niyə yaradıb?
Allah Təalanın müdrik yaradılışında behiştin xəlq olması nə qədər faydalıdırsa, cəhənnəmin yaradılması da o qədər səmərəlidir.

Allah Təbarəkə və Təala Quranda öz nemətlərini sayan zaman cəhənnəm əzablarını da onlarla eyni sırada bəyan edir və buyurur: “Bu, günahkarların təkzib və inkar etdikləri həmin cəhənnəmdir.

Onlar həmin od və qaynar suyun içərisində (susuzluqdan və ardı-arası kəsilməyən dəhşətdən) fırlanacaqlar. Belə isə (ey insan və cin tayfaları), Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz?!

Rəbbinin hökmranlığından və (hər şeyi) əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır”. (“Rəhman” 43-46).

Əgər Allah cəhənnəmi xəlq etməsəydi, insan təkamül etməzdi. Çünki məhz cəhənnəm qorxusu və əzab perspektivi bir çox insanları günahdan çəkindirər və gözəl əməllər yerinə yetirməyə tərəf dəvət edər.

Böyük din alimləri, filosofları və mütəfəkkirləri cəhənnəm haqqında nəzərlərini vermişdilər ki, onun xülasəsi ilə tanış olaq. Din alimləri bu əqidədirlər ki, cəhənnəm – günahkarların rəftarının eynisini təcəssüm edən şeydir.

Axirət cəzası dünya cəzası kimi deyildir. Bəlkə zülm atəş şəklində insanın ətəyindən yapışar və cəhənnəmdə onu yandıran alova çevrilər. Yəni, cəhənnəm atəşinin batini və həqiqəti – ancaq günahkarların əməllərinin özüdür.

Quran bu haqda buyurur: “Və hər kəs pis əməllə gəlsə, üzü üstə oda atılacaq (və onlara deyiləcəkdir:) «Məgər etdiklərinizdən qeyrisinə görəmi cəzalandırılırsınız?»”. (“Nəml” 90).

“(O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır»”. (“Təhrim” 7).

Yəni, günahkar hələ axirətə gəlməzdən əvvəl artıq batinində cəhənnəm alovunu hazırlamış olar. Quran yetim malı yeyənlər haqqında buyurur:

“Həqiqətən yetimlərin mallarını zülm ilə yeyənlər əslində qarınlarına od daxil edirlər (yetimin malına toxunmağın axirətdəki gerçək təzahürü od yemək olacaqdır). Və onlar tezliklə (yetimin malını yeməklə ölüm arasındakı az bir fasilədən sonra) yanar oda daxil olar və onun hərarətini dadarlar”. (“Nisa” 10).

Beləliklə deyə bilərik ki, Allahın mehribanlığı hikməti əsasındadır. Ona görə də günah və xata əgər cəza səviyyəsində olarsa, Allah da onları ata-analar uşaqları cəzalandıran kimi cəzalandırar ki, doğru yola gəlsinlər.

Əgər daha ağır cinayət törədərsə, bu zaman cəhənnəm atəşindən heç bir zaman qaça bilməyəcəkdir. Necə ki, dünyada bir insanı qətl edən zaman onu zindana salarlar, Allahın da zindanı cəhənnəmdir.

Əgər bu zindan olmasaydı, insanların çoxu özbaşına yaşayardılar və hər nə istəsəidilər, edərdilər. Çünki onu heç kəs cəzalandırmayacaq və heç bir şey onu qorxutmayacaqdı.

Allah Təala bizləri cəhənnəmdən uzaq bir durumda qərar versin!



Hazırladı: Məşhədi Xanım,

Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031