Mənəviyyat xəzinəsi olan “Şəbaniyyə” munacatı və bu barədə böyük şəxsiyyətlərin sözləri
Mьəllif: admin1
Tarix: 19-04-2018, 09:43
Mənəviyyat xəzinəsi olan “Şəbaniyyə” munacatı və bu barədə böyük şəxsiyyətlərin sözləri
“Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi. Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır.

Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir.

Bu növ böyük mənəvi təsirə və dərin təfəkkürə səbəb olan muncatlardan biri də “Şəbaniyyə” duasıdır. Bu munacatı Seyid ibn Tavus öz “İqbal” kitabında İbn Nəccardan rəvayət edir.

Dua Həzrəti Əli (ə) tərəfindən oxunmuş və bütün imamların (ə) əhəmiyyətinə işarə etdiyi bir duadır. Bu dua saleh bəndələrin, böyük şəxsiyyətlərin kamil şəkildə, gözəl halda öz rəbbi ilə etdiyi razu- niyaz və munacatlardandır.

Ayətullah Xamenei bu duanın fəziləti barədə buyurur:

“Bu dua seçilmiş saleh bəndələrin öz məbudu, məhbubu ilə, müqəddəs zat ilə razu-niyazını və halını vəsf edən bir nümunədir. Bu dua Mütəal Allah ilə münacatda mömin bəndə üçün bir mərifət dərsi, gözəl ülgü və nümunədir.”

Məşhur alim, arif Mirzə Cavad Təbrizi bu duanı çox elmləri özündə ehtiva edən, bəndəyə öz rəbbi ilə dua və istiğfarın ( tövbə və bağışlanmaq istəyi) ədəbini öyrədən bir munacat adlandırıb.

Ustad Şəhid Mütəhərri bu duanı dərin məzmunlu və ehtiva etdiyi maarif baxımından böyük bir dua adlandırmışdır.

Dua - “İlahi sənin qəzəbindən sənə sığınıram...İlahi əgər məni məhrum etsən kim mənə ruzi verəcək?!...İlahi əgər məni alçaltçan yardımıma (səndən başqa) kim gələcək?!...İlahi mən sənin mərhəmətinə layiq olmasam da, amma sən geniş rəhmətinlə mənə bəxşiş etmək əhlisən..."


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031