İslam peyğəmbərinə (s) nə üçün “Ummi” deyilirdi? – “Ummi” nə deməkdir?
Əziz İslam peyğəmbəri (s) kamil bir insan nümunəsidir. O həzrət (s) həm mənəviyyat baxımından, həm də dünyəvilik baxımından insanların ən üstünüdür. Çünki bu bir zərurətdir.
İslam dini kamil bir din olduğu üçün və bu kamilliyi dünya durduqca saxladığı üçün, İslam peyğəmbəri də bəşəriyyət var olduqca bəşərin ən kamili olmalıdır. Bunun səbəbi budur ki, İslam durduqca və insanlar İslama üz tutduqca axtardıqları bütün kamalatı o peyğəmbərdə tapmalıdırlar. Belə olamzsa İslam dini öz cazibədarlığını itirər. Həmçinin bütün bunlarla yanaşı kamillik vəd edən bir din, öz kamil insan nümunəsini bəşəriyyətə təqdim etməlidir. Belə olan halda əziz İslam peyğəmbərinə (s) necə “Ummi”-savadslz olub demək olar? Həzrət peyğəmbərə (s) “Ummi” deyilməsinin səbəbinə gəlincə İmam Cavaddan (ə) bu barədə sual olunur və İmam (ə) bunu gözəl şəkildə belə izah edir: -Ey Allah Rəsulunun nəvəsi! (ə) “Ummi” nə deməkdir? Nə üçün Hz. Peyğəmbərə (s) ummi deyirdilər? - İmam (ə): Cammat bu barədə nə deyir, nə düşünür? - Deyirlər peyğəmbər (s) yazıb oxuya bilmirmiş. Bu səbəbdən o Həzrətə (s) ummi deyirlər. - İmam (ə): Yalan deyirlər! Necə savadsız ola bilər ki, halbu ki Allah Təala Quranda buyurur: “Ümmi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti) öyrədər.” (Cümə-2) Özü yazıb oxumaq bilməyən başqalarına oxumağı necə öyrədə bilər? Allaha and olsun ki, peyğəmbər (s) 72 dildə yazıb-oxumağı bacarırdı! O Həzrətin (s) “Ummi” adlanmasının səbəbi budur ki, Həzrət (s) Məkkə əhlindən idi. Məkkənin adı “Ummul-quradır” . Mütəal Allah Özünün möhkəm kitabında bu şəhəri “Umm” adlandırıb: (Ya Peyğəmbər!) Şəhərlərin anası (Umm olan Məkkə) əhlini və onun ətrafındakıları (bütün başqa insanları) haqqında heç bir şübhə olmayan (bütün məxluqatın bir yerə cəm olacağı) qiyamət günü ilə qorxutmağın üçün... (Şura-7) Quranda Allah Təalanın sözü belədir! (Mənbə: Əl-mənaqib. İbn Aşub 1/232. Məkatibur-rəsul 1/94. Əl-mənahil -701. Əl-ixtisal-263. Təfsirul-bürhan 5/374. İləluş-şərae 1/125. Bihar 16/132. Təfsir Kənzul-dəqaiq 13/245. ...) QEYD: “Ummi” yəni Məkkəli. “Umm” kəliməsinin sonundakı “i” hərfi mənsubuyyət şəkilçisidir. Məs: Bakılı. Həmçinin Shafaqna xəbər saytı Ayətullah Seyyid Sistaninin dəftərxanasına bu barədə sual ünvanlayıb: Sual: Bizim etiqadımız budur ki, Peyğəmbər “ismət” (paklığ və ali dərəcə) məqamına malikdir və ən kamil xilqətə malikdir. Həmçinin o Həzrət (s) yazıb, oxumazmış. Bu belədirsə peyğəmbər kamalına nöqsan sayılırmı? Cavab: Oxumaq və ya oxumamaq ola bilsin adi insanlar üçün nöqsan sayılsın. Yazmaq və oxumaq kimi keyfiyyətlər biz insanlar üçün bir mədəni dəyər hesab olunur. Lakin peyğəmbər və məsumların (ə) elmi hüzuri və lədunni elmdir (yəni- ilahi elm) və bu elmin öyrənilməklə əlaqəsi yoxdur (təlimlə olmaz). Bu elmi mənimsəməkdə oxumağın və yazmağın (insanlardan təlim almağın) heç bir rolu yoxdu. QEYD: Həzrət Peyğəmbər (s) bir kimsədən dərs öyrənmədiyi üçün bu cür güman edilir. Halbuki bütün elmlərin özün də, açarı da Allah yanındadır. Allah Təala istədiyi bəndəsinə sonsuz nemətlər əta edər. (İslaminSesi) Oxşar xəbərlər
|