İslam nəzərində insani dəyərlərdən məhrum olan qadınlar
Mьəllif: admin1
Tarix: 10-06-2020, 09:30
İslam nəzərində insani dəyərlərdən məhrum olan qadınlar
Qadınların bəziləri öz həyat yoldaşının hüquqlarına riayət etmir, onların cinsi ehtiyaclarının təmin olunmasında etinasızlıq edir, ərin icazəsi olmadan evdən çıxır, özünün rəzil əxlaqı ilə ailədəki səfa-səmimiyyəti cəhənnəmə döndərir, həyat yoldaşının işlərinə yersiz müdaxilə etməklə onu narahat edir.

Bu istisna qadınlar İslam nəzərində insani dəyərlərdən məhrum olan bir şəxslər kimi təqdim edilir və qətiyyətlə pislənirlər.

Rəsuli-Əkrəm (s) buyurur: “Varlıq aləmində ən pis şey–sözə baxmayan qadınlardır.”

İmam Sadiq (ə) buyurur: “Mömin şəxsin ən güclü düşməni sözə baxmayan arvadıdır.”

Bu hədis qadınları inhirafa və məsiyətə düşməyin amili kimi bildirmişdir.

Bütün bu rəvayətlərdə bu kimi qadınlar kəskin surətdə məzəmmət olunaraq varlıqların ən alçağı kimi təqdim olunmuşdur (Bu bölmənin davamı 46-cı fəsildə gələcəkdir).

Quran, hədis və fiqhi istilahda bu cür qadınlara “naşizə” deyilir.

Bu xüsusiyyətin səbəbi bəzi qadınlarda olan yersiz qürurlar və özlərini üstün tutmalarıdır ki, nəticə etibarı ilə öz ərlərinə tabe olmur, həyatı ərlərinə acınacaqlı və xoşagəlməz bir zindan edirlər.

Naşizə qadınlardan bəziləri ruhi xəstəliklərə tutulur, həmişə qanunu pozmaq, həyat yoldaşlarına üstünlük qazanmaq istəyini adətə çevirirlər. Onlar bu nalayiq əməllərindən həm də ləzzət alırlar. Bu cür fərdlər həmişə ərlərinə ruhi və cismi əzab verirlər.

Müqəddəs İslam dini bu cür şəxslərin islah edilib tərbiyələndirilməsində ağlasığan yollar nəzərdə tutaraq ədəbləndirmənin mərhələlərini aşağıdakı tərzdə bəyan edir.

Allah-taala “Qurani-kərim”də buyurur: “O qadınlar ki, onların naşizəliyindən qorxursunuz, əvvəlcə onlara moizə edin, öyüd-nəsihət verin, sonra əgər nəsihət yolu ilə islah olmasalar, öz yatağınızı onlardan ayırın, əgər bununla da tənbeh olunmasalar, aram şəkildə onları vurun.”

Pərvərdigari-aləm göstəriş verir ki, sözə baxmayan qadınlara yol göstərin, onların nalayiq hərəkətlərinin acı aqibətlərini mülayimliklə xatırladın, əgər ruhi cəhətdən aramlaşmasalar, ona əlac edin, nə qədər ki, yaxşı əxlaq və nəsihət yolu müsbət nəticə verir, bacardığınız qədər kobudluq və acıq etməkdən uzaq olun.

Əgər qadın haqqı və məntiqi yolu seçməzsə, onda islah üçün bir az da ciddi göstəriş verir, atifi amillərdən istifadə yolunu təklif edir və buyurur ki, onun yatağını özünüzdən ayırın və ona mənəvi cəhətdən təsir edin.

Çünki yatağın ayrılmasına dözmək qadınlar üçün ruhi cəhətdən son dərəcə çətindir. Əgər öz ərini sevirlərsə, bu hərəkətlə düzgün yolu seçib əvvəlki kimi olmayacaqdır.

Əgər bütün bu mərhələlər əməli olduqdan sonra da qadın islah olmazsa və bunların heç bir müsbət təsiri olmazsa, bu zaman müəyyən şərtlər daxilində onu vurmağa icazə verilir. Quran, rəvayət, habelə bəzi millət və xalqların qanunları, həmçinin əql bu həqiqəti təsdiq edir.

Çünki onlar öz ağılsız və düşünülməmiş hərəkətləri ilə məhəbbət dolu ailə ocaqlarını cəhənnəmə döndərir. Öz ağılsız hərəkətləri ilə ailənin səfa-səmimiyyətini, mehribanlıqla dolu olan ailə ocağını həyəcanlandıran, onun nizamını pozur, ərin və ailə üzvlərinin fikirlərini qarışdırıb onları kədərləndirən və bu yolla da İslamın ictimai sistemini cəmiyyətdə azğınlığa düçar edən qadınlar qanunu pozanlar hesab olunurlar və şübhəsiz, öz əməllərinin cəzasını da çəkməlidirlər. Bu üslub dünyanın bütün ölkələrində də qanun şəklindədir.

Belə ki, bir kəs qanunu hər hansı sahədə pozarsa, tənbeh edilir, cəzalandırılır, bəzən ağır cinayətlər törədənləri edama məhkum edirlər. Qanunu pozan qadınların tənbeh edilməsi məsələsi də bu ümumi qanundan istisna olunmur.

Bundan əlavə, Allah-taala “Nisa” surəsinin 34-cü ayəsində bu məsələni aşkar şəkildə irəli çəkir, çoxlu rəvayətlər də bu həqiqəti təsdiqləyir.

Alimlər və mərcəyi-təqlidlər–hər zamanda cəmiyyətin, insanların mənafeyini və məsləhətini təmin edən bu şəxsiyyətlər Quran və sünnətdən ilham alaraq bu barədə fətva vermişlər ki, indi onları qeyd edirik.

Rəsuli-Əkrəm (s) buyurur: “Qadınlara xeyir əməllər öyrətmək üçün onları vurun.”

Əbdülllah ibn Abbas bu ayənin təfsirində buyurur: “Quranın qanununa uyğun olaraq sözə baxmayan qadını birinci dəfə nəsihət edin, əgər qəbul eləməsə, onu aramlıqla elə vurun ki, dərsisi və sümüyü zədə almasın.”

İmam Baqir (ə) buyurur: “Sözə baxmayan qadınları yalnız misvak çubuğu (dişləri yumaq üçün istifadə olunan xurma çubuq) ilə vurmaq olar.”

“Cəvahirül-kəlam” kitabının müəllifi öz kitabında buyurur: “Əgər qadınlar öz ərlərinə, tabe olmalı olduqları yerlərdə imtina edərək tabe olmasalar, ərinin ixtiyarı vardır ki, bu kimi istisna qadınları tənbeh edərək döysün.”

Təqlid mərcələrindən biri yazır: “Əgər kişi öz qadınından onun icazəsiz çölə çıxmamasını və özünü onun istədiyi ləzzətlər üçün hazır etməsini istəsə, hətta ərinin ürəyi istəyən tərzdə bəzənib zinətlənməsini istəsə, amma qadın ona tabe olmasa, bu halda qadın “naşizə” sayılır.

Əgər nəsihətlə, yatağın ayrılması yolu ilə islah olunmayıb öz dediyini israr etsə, ərininin onu vurmasına icazə verilir. Onun tənbeh edilməsi o qədər olmalıdır ki, qadın ağıllansın, amma bədən xəsarəti görməsin, bədəni həddindən artıq göy və ya qara olmasın. Əgər bu həddi keçərsə, əri diyəsini verməlidir.”

Bu fətvadakı “naşizə” sözünün mənasından məlum olur ki, qadın ərinin icazəsi olmadan evdən çölə çıxmamalı, özünü ərinin cinsi ehtiyaclarını təmin etmək üçün hazırlamalıdır, hətta ərin istədiyi lazımi bəzək və təmizliyi yerinə yetirməsə, naşizə sayılacaqdır. Əlbəttə, ərin haqqı yoxdur ki, öz arvadını ev daxilində və ya evdən xaricdə olan işləri görəyə məcbur etsin.

Amma bu vəzifə yalnız əxlaqi cəhətdən lazımdır və nəticəsi də ərin məhəbbətinin cəlb edilməsinə, iqtisadi sahələrdə irəliləyişə səbəb olacaqdır. Buna əsasən, əgər qadınlar evin daxili işlərinin yerinə yetirilməsində etinasızlıq etsələr, ərin onu tənbeh və ya təhqir etməyə haqqı yoxdur.”

Bu fəsildə qeyd olunanlardan məlum olur ki, ərin öz arvadını döyməyə haqqı yoxdur. Qadınları tənbeh etmək, vurmaq ailə daxili xəyanətdir ki, öz ardınca acınacaqlı aqibət gətirir.

Amma əgər ər arvadın məişət xərclərini təmin etsə, amma arvadı da şəriət nöqteyi-nəzərindən ərli qadınlara vacib olan vəzifələri yerinə yetirməsə, bu halda kişi ona əvvəlcə nəsihət edib yerini ayrı saldıqdan sonra bu işlər müsbət nəticə verməzsə, onun islah olunması üçün aramlıqla onu vura bilər.

Əgər qadın islah olunub səhvlərini anlayarsa, əri gərək özünün məxsus məhəbbətləri, səfa-səmimiyyəti ilə onun könlünü alsın və nəvaziş etsin ki, beləliklə arvad bu acı xatirəni unutsun.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge 
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930