Təqlidin qisimləri və təqlidsiz əməllərin hökmləri
Mьəllif: admin1
Tarix: 21-04-2018, 10:32
Təqlidin qisimləri və təqlidsiz əməllərin hökmləri

Məsələ-14) Meyitə təqlid etmək bir baxımdan iki qisimdir:

1. İbtidai təqlid: Onun həyatı zamanı ona təqlid etmədən öləndən sonra birbaşa təqlid etmək nəzərdə tutulur ki, belə bir təqlid (vacib) ehtiyata əsasən caiz deyil.

2. Bəqai təqlid: Həyatı zamanı ona təqlid etdiyi müctəhidin təqlidində öləndən sonra qalmaq və ona təqlid etməyə davam etmək. Bu müqəllid (təqlid edən şəxs) o müctəhidin bütün məsələlərdə verdiyi nəzərlərə hətta o vaxta qədər əməl etmədiyi məsələlərdə də, ona təqlid edə bilər.

Məsələ-15) Bəqai təqliddə dünyasını dəyişmiş müctəhidin ələm olub olmaması fərq etmir və hər halda ona təqlid etmək caizdir, amma yaxşıdır ki, ələm müctəhidin təqlidində qalmaq ehtiyatı tərk edilməsin.

Məsələ-16) Meyitə ibtidai təqlid etmək və ya onun təqlidində qalmaq, həmçinin onun həddləri gərək diri və vacib ehtiyata əsəsən ələm müc-təhidə təqlid etmək yolu ilə olsun. Xatırladaq ki, meyitin təqlidində qalmağın caiz olması həmin zamanın müctəhidlərinin hamısının müt-təfiq nəzəridirsə ələmdən icazə almağa ehtiyac yoxdur.

Məsələ-17) Həddi-büluğ olmadıqları zaman səhih şəkildə cameüş-şərait müctəhidə təqlid edən şəxslər o müctəhid dünyadan getdikdən sonra da onun təqlidində qala bilərlər.

Məsələ-18) Əgər bir şəxs bir müctəhidə təqlid edə, o vəfat etdikdən sonra bəzi məsələlərdə başqa bir müctəhidə təqlid edə və o müctəhid də dünyasını dəyişə, müqəllid (birinci müctəhiddən) üdul etmədiyi məsələlərdə (yəni ikinci müctəhidə təqlid etdiyi məsələləri istisna et-məklə qalan məsələlərdə) birinci müctəhidin təqlidində qala bilər.

Həmçinin üdul etdiyi məsələlərdə (yəni ikinci müctəhidə təqlid etdiyi məsələlərdə) ixtiyarlıdır ki, ya ikinci müctəhidin təqlidində qalsın ya da diri müctəhidə üdul etsin.

Təqlidsiz əməllərin hökmləri

Məsələ-19) Təqlid etməyən və təqlidi səhih olmayan şəxslərin əməlləri üç halda səhihdir:

1- Ehtiyata uyğun olarsa;
2- Həqiqətlə uyğun olarsa;
3- O müctəhidin nəzəri ilə uyğun ola ki, ona təqlid etmək o şəxslərin vəzifəsidir.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930