Şəban ayında Peyğəmbərə (s) necə kömək etmək olar?
Şəban ayı – əziz Peyğəmbərə (s) məxsus olan aydır ki, din alimləri bu ayda çoxlu salavat göndərməyi ən bəyənilən əməllərdən hesab edirlər.
Bu ayın fəziləti barəsində buyururlar: “Allah Öz zatına and vermişdir ki, hər kim bu ayda Ona pənah aparar, Öz rəhmətindən onu məhrum qoymaz”. Ayətullah Hacı Mirzə Cavad Ağa Mələki Təbrizi bu ayla bağlı buyurur: “Bu ayın ən mühüm əməli – orucdur. Yaxşı olar ki, bu ayın hamısını, əgər maneə olarsa – son iki gününü oruc tutasınız. Yəni, çalışın ki, Şəban ayının orucu ilə Ramazan ayının orucu arasına fasilə salmayasınız. Əgər bunu da bacarmasanız, o qədər oruc tutun ki, Peyğəmbərin (s) müqəddəs dəvətinə daxil ola biləsiniz. O kəslərdən olun ki, Həzrətə (s) oruc vasitəsilə yardım edər. Güman etmirəm ki, bir və ya iki gün oruc tutmaqla bu dəvətə daxil olasınız. O kəslərdən olmağa çalışın ki, deyərlər: “Biz Peyğəmbərə (s) yardım etmişik””. İmam Sadiq (ə) buyurur: “Hər kim Şəban ayının ilk günü oruc tutarsa, mütləq behiştə daxil olar. Hər kim iki gün oruc tutarsa, Allah hər gecə və gündüz ona rəhmət gözü ilə nəzər salar. Behiştdə də bu nəzərinə davam edər. Hər kim üç gün oruc tutarsa, Allah (onunla) ərşdə və Onun behiştində görüşər”. Bu ayın orucunu əldən verməyin ki, ömür keçəridir. Buludlar kimi hərəkət edər və bir daha geri qayıtmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|