Mərcəi-təqlidin şərtləri
Mьəllif: admin1
Tarix: 22-04-2018, 22:02
Mərcəi-təqlidin şərtləri
Məsələ-20) Yalnız aşağıdakı şərtlərə malik olan şəxsə təqlid etmək olar:

Birinci şərt: Kişi olsun.

İkinci şərt: Baliğ olsun (həddi-büluğa çatsın).

Üçüncü şərt: Aqil olsun.

Dördüncü şərt: On iki İmamı qəbul edən şiə olsun.

Beşinci şərt: Halalzadə olsun.

Altıncı şərt: (Vacib) ehtiyata əsasən diri olsun.

Yeddinci şərt: Adil (ədalətli) olsun.

Məsələ-21) Ədalət, vacibləri tərk etməyin və haramlara mürtəkib olmağın qarşısını ala biləcək təqvaya səbəb olan nəfsani halətdir.

Məsələ-22) Adil, ədalətli şəxsə deyilir. Başqa sözlə adil o şəxsdir ki, onun pəhrizkarlığı və təqvası elə bir həddədir ki, bilərəkdən günaha mürtəkib olmur (yəni bilərəkdən vacibi tərk etmir və haram iş görmür).

Məsələ-23) Ədaləti sübuta yetirmək və ələ gətirmək üçün hüsnzahir (zahiri yaxşılıq) kifayətdir.

Səkkizinci şərt: Fətva verməkdə mərcəiyyət mənsəbi (məqamı) böyük əhəmiyyətə malik olduğu üçün, vacib ehtiyata əsasən öz nəfsinə qalib olmalı və dünyaya həris olmamalıdır.

Doqquzuncu şərt: Müctəhid olsun.

Məsələ-24) İctihad bir baxımdan iki qisimdir:

1-Mütləq ictihad: O ictihada deyilir ki, onun sahibi bütün fiqhi bab-larda fətva və nəzər verməyə qadir olsun. Bu ictihadın sahibinə “müctəhidi mütləq” deyilir.

2- Mütəcəzzi ictihad: O ictihada deyilir ki, onun sahibi fiqhi babların bəzilərində -namaz və oruc kimi- fətva və nəzər vermək qüdrətinə malik olsun. Bu ictihadın sahibi “müctəhidi mütəcəzzi” adlanır.

Məsələ-25) Müctəhidi mütləqin öz fətvaları özünə höccətdir (yəni gərək öz fətvalarına əməl etsin və digər müctəhidə təqlid edə bilməz) və başqaları da ona təqlid edə bilər.

Həmçinin müctəhidi mütəcəzzinin fətvaları onun özünə höccətdir və başqaları da ona təqlid edə bilər, lakin müstəhəb ehtiyata əsasən müctəhidi mütəcəzziyə təqlid edilməsin.

Onuncu şərt: Vacib ehtiyata əsasən ələm olsun.

Məsələ-26) Ələm o şəxsdir ki dini hökmləri istinbat (istixrac) etməkdə başqa müctəhidlərdən qüdrətli olsun. Başqa sözlə desək ilahi hökmləri tanımaqda və ələ gətirməkdə digər mərcəi-təqlidlərdən daha da qüdrətli olsun və şəri hökmləri onun dəlillərindən daha dəqiq çıxara bilsin.

Həmçinin əhkami mövzuları təyin etməkdə və fiqhi nəzərləri aşkar etməkdə təsirli olan öz zamanının vəziyyətinə başqa müctəhid-lərdən daha agah olsun.

Məsələ-27) Ələmə təqlid etməyin vacib olmasının dəlili binayi-üqəla (dünya aqillərinin rəftarı) və əqlin hökmüdür.

Məsələ-28) Ələmə təqlid etməyin vacib ehtiyata əsasən vacib olması o məsələlərdədir ki, ələm müctəhidin fətvası qeyri-ələm müctəhidin fətvası ilə ixtilaflı olsun.

Məsələ-29) Ələm müctəhiddə lazım olan şərtlərin olmamasını ehtimal verməklə vacib ehtiyata əsasən ixtilaflı məsələlərdə qeyri-ələmə təqlid etmək olmaz.

Məsələ-30) Cameüş-şərait müctəhidə təqlid etməyin səhih olmasında onun mərcəitəqlidlik mənsəbini öhdəsinə alması yaxud əməli risaləsinin olması şərt deyil.

Buna görə də, əgər mükəlləfə məlum ola ki mərcəi-təqlidlik mənsəbini öhdəsinə almayan və əməli risaləsi olmayan bir müctəhid cameüşşərait müctəhiddir, ona təqlid edə bilər.

Məsələ-31) Cameüş-şərait müctəhidə təqlid etməkdə şərt deyil ki, müctəhid mükəlləfin ölkəsindən olsun yaxud onun yaşadığı yerdə yaşasın.

Məsələ-32) Atalar və analara təzə təklif yaşına (həddi-büluğa) çatmış övladlarına - onlara təqlid məsələsini dərk etmək çətin olduğu üçün və öz şəri vəzifələrini təklikdə ələ gətirə bilmədikləri üçün- mərcəi-təqlid seçməkdə kömək etmək və onlara bu yolda yardım göstərmək bir vəzifədir.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930