Mütəal Allah Hz. Musa (ə) ilə necə danışmışdır?
İslam dini bir din olmaqla yanaşı həm də dünyanı ağuşuna alan 1500 illik bir mədəniyyətdir. Həm də məntiqə və tekstual (yazıya) mənbələrə söykənən bir mədəniyyət.
Mütəal Allah sonuncu peyğəmbərini və sonuncu kitabını göndərməklə Allah dərgahından nəşət tapan bu mədəniyyəti tamamladı. İslam dini sonuncu din olmaqla yanaşı, özündən əvvəlki dinlərin bünövrəsi üzərində formalaşmış bir dindir. Bunu Allahın kitabı və tarix təsdiq edir. Allah Təala Qurani-Kərimdə nümunə olaraq bəzi peyğəmbərlərin adlarını çəkmiş, onların həyat və faliyyətlərini bizə nümunə gətirmişdir: “(Biz) peyğəmbərlər (göndərdik). Onların bəzisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bəzisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.” (Nisa-164) Həzrət Musa (ə) İslamdan öncəki peyğəmbərlərdən, həm də ulul-əzm, şəriət sahibi olan peyğəmbərlərdəndir. Allah Təala bəzi peyğəmbərlərinə xüsusi məziyyətlər vermiş, bəzilərinə digərlərində olmayan xüsusiyyətlər əta etmişdir. Həzrət Musa (ə) peyğəmbər də Allah Təala ilə danışmaq fəzilətinə sahib olmuşdur. Qurani Kərim qeyd etdiyimiz ayədə bunu bir daha təsdiq edir. Amma bu növ danışmağın necəliyi və keyfiyyət düşündürücüdür. İslam etiqadına görə Allah Təalanın peyğəmbərlə danışması vəhyin bir növüdür və bu növ danışıq məxluqatın bir-biri ilə danışdığı kimi deyil, “pərdə” arxası danışıq kimidir. Əllamə Təbatəbai “Təfsiri Mizanda” ayənin təfsirində buyurur: “Allah peyğəmbərləri həddən artıq çox olub. Allah Təala onların bəzilərinin adını Öz peyğəmbəri üçün (Kitabda) qeyd etmiş, bəzilərini qeyd etməmişdir. Adı çəkilən peyğəmbərlərdən biri də Hz. Musadır (ə) ki, Mütəal Allahla danışmağı barədə çox eşidilmişdir. Danışmaqdan məqsəd Allah Təalanın səs olaraq bir xilqət yaratmasıdır. Musa (ə) yaradılmış o səs ilə danışmışdır. Allah Təalanın danışmasında məqsəd səs icad etməsidir.” Quran, Həml surəsi ayə 8-9 “Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: 'Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir. Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm!” Oxşar xəbərlər
|