Üdulun hökmləri
Mьəllif: admin1
Tarix: 24-04-2018, 21:38
Üdulun hökmləri

Aşağıdakı yerlərdə qeyri-ələmə üdul etmək caizdir:

1. Ələm müctəhidin fətvası olmayan məsələlərdə; belə ki, o məsələlərdə qeyri-ələm müctəhid ehtiyat deyil aşkar fətva vermiş olsun. (Əlbəttə belə hallarda ələm müctəhidlərin mərtəbələri və dərəcələri vacib ehtiyata əsasən riayət olunmalıdır, yəni əgər onun müctəhidi bir məsələdə fətva verməyə elmi baxımdan ondan sonrakı dərəcədə olan qeyri-ələmə müraciət edə bilər və onu qoyub elmi baxımdan üçüncü dərəcədə olana müraciət edə bilməz. Əgər onun da bu məsələdə fətvası olmasa, onda üçüncü dərəcəyə müraciət edə bilər və s.);

2. Qeyri-ələm müctəhidin fətvası ələm müctəhidin fətvası ilə zidd olmayan məsələlərdə;

3. Ələm müctəhidin fətvası ehtiyatla müxalif, amma qeyi-ələmin fətvası müvafiq olan məsələlərdə.

Üdul caiz olmayan yerlər

Aşağıda qeyd olunan yerlərdə üdul caiz deyil (olmaz):

1. Vacib ehtiyata əsasən diri müctəhiddən başqa bir müctəhidə üdul etmək caiz deyil, amma əgər mərcəi-təqlidlik şərtlərindən bəziləri onda olmaya məsələn, başqa müctəhid ondan ələm ola bu halda fətvaları ixtilaflı olan məsələlərdə (vacib ehtiyata əsasən) ələm müctəhidə üdul etmək vacibdir.

2. Müctəhidi vəfat etdikdən sonra diri müctəhidə üdul edərsə, artıq üdul etdiyi məsələlərdə yenidən vəfət etmiş müctəhidinə üdul edə bilməz.

Mərcəi-təqlidin fətvalarının zaman və məkana hakim olan şəraitlə uyğun olmamasına ehtimal vermək və ya onun fətvalarına əməl etməyin çətin olması ələm müctəhiddən başqa bir müctəhidə üdul etməyin caiz olmasına səbəb olmur.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930