Aqil yalnız xeyiri şərdən ayıran deyil...
Aqil insan üçün hər yer vətəndir, baxmayaraq ki, qürbətdə yaşasa belə. O diyar onun üçün vətən kimi olar. Çünki qürbətdə də insanların ehtiyacı olan şeylər olar, onlar da bu aqil insanın fikirlərindən bəhrə aparmış olarlar. Bu yolla insanlara fayda vermiş olar.
Ancaq axmaq insan ziyandan başqa heç nə etməz. Hətta vətənində belə zəlil halda olar. Yaxınları və dostları ondan üz çevirərlər. İmam Əli (ə) buyurur: “Aqil – qürbətdə qəribdir. Axmaq isə vətənində qəribdir”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Ağılın zəkatı – nadanlara dözməkdir”. İmam Əli (ə) yenə buyurur: “Dünya təmtərağından uzaq olmaq – ağılın meyvəsidir”. Həzrət Əli (ə) başqa yerdə buyurur: “Aqil o kəs deyildir ki, xeyiri şərdən ayırar. Bəlkə aqil o kəsdir ki, iki şər arasından zərəri az olanı tanıyar”. İmam Hüseyn (ə) buyurur: “O zaman ki, aqil insan üçün çətinlik yaranar, qəmini uzaqgörənliklə aradan aparar və ağlını çarə düşünməyə vadar edər”. İmam Əli (ə) buyurur: “Ağıl yol göstərər və nicat verər. Nadanlıq yoldan azdırar və məhv edər”. İmam Əli (ə) başqa yerdə buyurur: “Ən aqil insan o kəsdir ki, öz eyiblərinə qarşı ayıq və başqalarının eyiblərinə qarşı kor olsun”. (Həvzəh) Allah Təala bizləri aqillərin sırasında qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|