Təqlidin müxtəlif məsələləri
Mьəllif: admin1
Tarix: 26-04-2018, 10:15
Təqlidin müxtəlif məsələləri

Mükəlləf namaz qılarkən qarşısına çıxdığı məsələnin hök-münü bilməzsə, ehtimalı əsasında əməl edib namazını qurtara bilər, lakin namazdan sonra gərək məsələni öyrənsin və əgər etdiyi əməl namazı batil edibsə namazını yeniləsın.

Cahil bir baxımdan ki qisimə bölünür:

1. Cahili-qasir: O şəxsə deyilir ki, öz cahil olmağını bilməyə və ya cahilliyini aradan qaldırmaq imkanı olmaya.

2. Cahili-müqəssir: O şəxsə deyilir ki, cahil olmağını və eləcə də onu aradan qaldırma yollarını bilə, lakin hökmləri öyrənməyə səhlənkarlıq edə.

“Vacib ehtiyat” bir əməli ehtiyat üzündən yerinə yetirmək ya onu tərk etməyin vacib olmasına deyilir. Müctəhid hər hansı bir məsələdə vacib ehtiyat nəzərini bildirərsə, onun müqəllidi (yəni ona təqlid edən şəxs) bu məsələdə (38-ci məsələdə deyildiyi kimi) ələm müctəhidlərin elmi dərəcə və mərtəbələrini riayət etməklə ehtiyat yox, fətva verən müctəhidə müraciət edə bilər.

Fiqhi kitablarda gətirilən“Fihi işkal”, “Muşkil”, “La yəxlu min işkal” ibarələri (vacib) ehtiyata dəlalət edir, amma “La işkal” ibarəsi fətvadır.

Əməl məqamında “caiz deyil” və “haramdır” (fətvaları) arasında heç bir fərq yoxdur.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930