Əməlləri ölçən tərəzi necə olacaqdır?
Qiyamət günü əməl tərəzisinin necəliyi ilə bağlı təfsirçilər arasında müxtəlif nəzərlər mövcuddur. Bəzilərinin nəzərinə görə, tərəzi elə bu dünyada olan tərəziyə bənzəyir. Həmin gün əməllər təcəssüm olduğu üçün onları tərəzidə çəkmək mümkün olacaqdır.
Ancaq bu cavab prinsipcə qaneedici deyildir. Bunu nəzərə almaq lazımdır ki, bu dünyada olan əşyalar ilə axirətdə olan əşyalar fərqlənəcəkdir. Necə ki, deyirlər dünya insanın ana bətnində olmasına bənzəyir. Bilmir ki, ana bətnindən kənarda nələr baş verir. Bunu başqa cür belə izah edə bilərik ki, əvvəllər çıraq deyildikdə, lampası və fitili olan bir qab təsəvvür olunurdu ki, onun içinə neft töküb yandırırdılar. Lakin bu gün çıraq deyildikdə elektrik şəbəkəsi ilə birləşmiş əşya nəzərdə tutulur ki, onun nə fitili vardır və nə də nefti. Tərəzi də belədir. Ona görə də açıq şəkildə deyə bilərik ki, Qiyamət günü bu dünyada olan tərəzi olmayacaqdır. Bəlkə əməllərimiz başqa yolla ölçüləcəkdir. Bizim əməllərimizi ölçən isə peyğəmbərlər (ə), İmamlar (ə) və övliyalar olacaqdır. İmam Sadiqə (ə) bu ayə ilə bağlı sual verirlər: “Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik baxımından) xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir”. (“Ənbiya” 47). İmam (ə) buyurur: “O günü ölçü vasitəsi peyğəmbərlər (ə) və övsiyalar (ə) olacaqdır. İnsanlardan elələri olacaqdır ki, hesab vermədən behiştə daxil olacaqdır”. Başqa hədisdə oxuyuruq: “Əmirəl-möminin (ə) və onun İmam (ə) olan övladları – ölçü tərəzisidirlər”. Allah Təala həmin gün bizləri nicat tapanlardan qərar versin, inşəAllah! /Deyerler.org/ Oxşar xəbərlər
|