Bu dünyada daimi rahatlıq və təhlükəsizlik yoxdur. Bunlar – behiştə aid nemətlərdir
Qurani-Kərim möminlərin aqibəti haqqında danışan zaman, onları Firdovs bağlarının sakinləri kimi tanıdır. Onlar haqqında buyurur: “Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri – Firdovs bağlarıdır. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə)dəyişilmək istəməzlər”. (“Kəhf” 107-108).
Rahatlıq və təhlükəsizlik – iki nemətdir ki, hər kəs dünyada onu axtarar, onu əldə etmək üçün səy göstərər. Ancaq o zamana qədər ki, insanın ixtiyarında olar, dəyərini bilməz, qədrini bilməz. Əlindən verən zaman bu nemətlərin dəyərini xatırlayar. Həzrət Peyğəmbər (s) buyurur: “İki nemət qəflətə və naşükürlüyə məruz qalar: təhlükəsizlik və rahatlıq, salamatlıq və sağlamlıq”. Bəs nə edək ki, həyatımızda rahatlıq və təhlükəsizlik olsun? “Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28). Əziz Peyğəmbərimiz (s) buyurur: “Allahın həqiqi zikri odur ki, insan günah və haram qarşısında qərar tutan zaman, Allahı yadına salsın və qorxsun. Günah və haramdan çəkinsin”. Təhlükəsizlik və rahatlıq – elə nemətlərdir ki, behiştə aiddir. İnsan dünyada hər nə qədər onu əldə etməyə çalışsa da, hədəfinə çatmaz. Çünki bu dünyada olan hər şey fanidir və tez keçəndir. Qurani-Kərim iman və təqvası sayəsində behiştə daxil olan möminlər haqqında buyurur: “(Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız»”. (“Hicr” 46). İlahi mələklər onlara deyərlər: “Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız”. (“Əraf” 49). Pak məskənlər - behişt əhlinə əta olunan nemətlərdəndir. “Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 72). Bəli, behiştdəki evlər o qədər pak və hər şeylə təchiz olunub ki, möminlərə rahatlıq və hüzur verər. “Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində ikiqat mükafat vardır və onlar cənnət otaqlarında əmin-amanlıq içindədirlər”.(“Səba” 37). Bu evlərin elə bağları vardır ki, gözəl ağaclara və axan çaylara malikdir. “Həqiqətən, cənnət əhli o gün xoş bir əhval – ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər. Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır”. (“Yasin” 55-57). Bəli, həqiqi hüzur və rahatlıq – ancaq behiştdədir. “Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə acar, nə də çılpaq qalarsan. Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!”. (“Taha” 118-119). Beləliklə deyə bilərik ki, rahatlıq və təhlükəsizlik – Allahın iki böyük nemətlərindəndir ki, insan dünyada onu istədiyi kimi hiss edə bilməz, ona çata bilməz. Həqiqi rahatlıq və təhlükəsizlik – əbədi məkan olan behiştdədir. /Deyerler.org/ Oxşar xəbərlər
|