Hz.Əli (ə) hərəmini ziyarət edən amerikalı professor xanım Livine İslamı qəbul etməyindən danışdı
Amerikalı professor Xanım Maria Levine Seneqal müsəlmanları və məsihiləri arasında koordinatordur.
İslaminSesi.info – Hawzahnews-ın verdiyi məlumata görə Seneqal müsəlmanları və məsihiləri arasında koordinator olan amerikalı professor xanım Maria Levine Nəcəful-Əşrəfdə İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib. Xanım Maria müsəlmanlar arasında müşahidə etdiyi ülfət və sevgiyə toxunaraq deyib: “Miçiqanda, Seneqalda və Livanda müsəlmanlarla görüşlərim, onların gündəlik yaşam davranışları, ədəb və əxlaqları ilə tanış olduqca onların sevgi və ülfətlərini hiss etdim.” Xanım Maria: “Mənim Hənif İslam dininə üz tumağımın səbəbi onlarda gördüyüm əxlaq, əmanətdarlıq və məsuliyyətçilik oldu. Mən bu ziyarət əsnasında İmam Əlinin (ə) həyat tarixcəsi, qəhrəmanlıqları, əxlaq və hikmətli kəlamları ilə, o cümlədən şücaət və təqvasını əks etdirən fəzilətləri ilə tanış oldum.” Ziyarətin sonunda İmam Əli (ə) ziyarətgahının idarəsi tərəfindən professor xanım Maria Leveneyə İngilis dilində “Nəhcül-bəlağə” və müqəddəs hərəmin tarixini əks etdirən kitab təqdim olunub. Oxşar xəbərlər
|