Vilayəti-fəqihin mənası və Vilayəti-fəqihin zəruriliyi
Mьəllif: admin1
Tarix: 27-04-2018, 21:53
Vilayəti-fəqihin mənası və Vilayəti-fəqihin zəruriliyi
Vilayəti-fəqihin mənası

Vilayəti-fəqih adil və dinşünas fəqihin hökuməti (hakimiy-yəti) deməkdir.

Hər əsr və zamanda islam cəmiyyətinin rəhbərliyində və islam millətinin ictimai işlərinin idarəsində fəqihin vilayəti on iki imam məzhəbinin əsaslarındandır və bunun kökü imamətin əsasına qayıdır.

Həzrət Höccətin (əc) qeybət zamanında vilayəti fəqihə etiqad bəsləməmək istər ictihad yaxud təqlid əsasında olsun, irtidada (mürtəd olmağa) və islam dinindən xaric olmağa səbəb olmur.

Hər kəs öz dəlilləri əsasında ona etiqad bağlamağın lazım olmamasına yetişibsə üzürlüdür, amma müsəlmanlar arasında ixtilaf yaymaq və ayrılıq salmaq caiz deyil.

Vilayəti-fəqihin zəruriliyi


Hənif İslam dini sonuncu din olduğu, qiyamət gününə qədər davam edəcəyi, həmçinin hakimiyyət dini olduğu üçün İslam cəmiyyətinin bütün təbəqələrinin İslam ümmətini İslam və müsəl-manların düşmənlərindən qorumaq, İslam cəmiyyətinin birliyini hifz etmək,

İslam cəmiyyətində güclünün zəifə zülm etməsinin qarşısını almaqla ictimai ədaləti bərpa etmək və onların mədəni, siyasi və ictimai inkişafını təmin etmək üçün vilayəti fəqihə və fəqihin hakimiyyətinə qaçılmaz ehtiyacları var.

Vilayəti-fəqih (fəqihin hökuməti) şəri təəbbüdi hökmdür baxmayaraq ki, əqli dəlillərlə də təsdiq edilir və onun xarici nümunəsini təyin etmək üçün üqəlai (camaat arasında qəbul edilən) yollar da mövcuddur.

Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031