FƏDAKAR QADIN NÜMUNƏSİ
Burada lazım bilirik ki, özünü ərinin müqəddəs hədəfi yolunda fəda edən bir qadının misilsiz fədakarlıqlarından nümunə gətirək. İmrəül-Qeysin qızı Rübab pak bir qadındır. O, öz əri İmam Hüseynin (ə) vilayətini məhəbbətlə qəbul etmiş, onunla ünsiyyət bağlamışdı.
O, İmam Hüseynin (ə) yoldaşı olmamışdan qabaq onun aşıqı və müridi olmuş, onun yolunu getmişdi. Rübab öz sədaqəti və imanı ilə eyni zamanda, ər saxlamağın qayda-qanunlarını, həyat yoldaşının hüquqlarını yerinə yetirməyi lazımınca bilir və həzrətin qəlbini həmişə özü ilə yaşatmış, onu özünə aşiq etmişdir. Sanki İmam Hüseyn (ə) ilə Rübabın ailə ocağı eşq-məhəbbət ocağına çevrilmişdir. Rübab öz qohum-əqrəbasını görmək üçün gedəndə həzrət o qədər darıxırdı ki, gözlərinə yuxu getmirdi və şerlə buyururdu: “Qızım Səkinə və həyat yoldaşım Rübab qohumlarının görüşünə gedəndə o gecə onların ayrılığı mənim üçün o qədər uzun görünür ki, sanki başqa gecələrə qovuşmur və qurtarmaq bilmir. Öz canıma and olsun ki, Rübab və Səkinə yaşayan evi çox sevirəm.” Bu şeirlər o həzrətin həyat yoldaşını hansı dərəcədə istədiyini və onun ailəsini nə qədər də məhəbbət və səfa- səmimiyyət ocağı olduğunu göstərir. Bu səfa-səmimiyyətlərin nəticəsində həzrətin şəhadətindən sonra qızı Səkinə atasının pak cəsədinin kənarında özündən gedir, həyat yoldaşı Rübab da onun ardınca huşunu itirir, ömrünün axırına qədər heç vaxt sərin su içmir, kölgələnəcəyə gedib oturmur, isti xörək yemir, İmam Hüseyndən (ə) sonra bir daha ərə getmir. Nəhayət, həzrətin şəhadətindən az müddət sonra (bir il) dünyadan gedir. Quranın həyat yoldaşını qəlblərin aramlıq səbəbi, ən böyük ilahi nemətlərdən hesab etməsinin səbəbi, məhz budur. Bu fəslin axırında həyat yoldaşının dəyəri barəsində iki hədis qeyd edirik: Bir kişi həzrəti Rəsuli-Əkrəmin hüzuruna gəlib ərz etdi: “Ey Peyğəmbər mənim əməlisaleh və mehriban həyat yoldaşım var. Evə gələndə məni qarşılayır, evdən çıxanda müşayiət edir. Qəmgin olanda məhəbbətlə mənim qəmimi aradan qaldırır.” Həzrət buyurdu: “Ona behişti müjdə ver və de ki, Allahın yer üzündə olan işçilərindən biridir, onun hər günün savabı 70 şəhidin savabına bərabərdir.” Əlbəttə, bu hədis başqa nüsxələrdə (savab nəzərindən) bir gün çəkilən zəhmətlərin əcri şəhidin savabının yarısına bərabər kimi qeyd olunmuşdur. İmam (ə) buyurur: “Gözəl üzlü, pak təbitətli qadınlar, öz ləyaqətləri, bacarıqları səbəbi ilə behişt hurilərindən də gözəl nəzərə çarpırlar.” Nəticə alırıq ki, ər-arvad qarşılıqlı gözəl rəftarları sayəsində bir-birinin məhəbbətlərini cəlb edərək həyatı özləri üçün səfalı edə bilərlər. Bu məsələ ən böyük ilahi nemətlərdən və ailənin səadətinin ən təsirli amillərindəndir. (İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI) Hacı Rasim Məmmədov Ahlibeyt.ge Oxşar xəbərlər
|