Vilayəti-fəqihin (fəqihin hakimiyyət) əhatə dairəsi
1. Vəliyyi-fəqihin “vilayi” əmrləri
Bütün müsəlmanlara vacibdir ki, vəliyyi-fəqihin vilayi əmrləri və göstərişlərinə tabe olsun, itaət etsin və onun əmr və nəhy-lərinə təslim olsun. Bu hökm nəinki müqəllidlərə, hətta dahi mərcəi-təqlidlərə də aiddir. Heç bir kəsə caiz deyil ki, özünü vilayəti-fəqih məqamına digərlərindən daha layiq bilmək bəhanəsilə, vilayəti-fəqihlik vəzifəsini öhdəsinə götürən fəqihlə müxalifət etsin. Əlbəttə, bu hökm o zamandır ki vilayəti-fəqihlik məqamını öhdəsinə alan fəqih qanuni yollarla müəyyən edilərək bu məqama yetişsin. 2. Vəliyyi-fəqihin vilayi hökmləri Vəliyyi-fəqih tərəfindən verilmiş hökmlər, həmçinin onun təyinatları müvəqqəti olaraq verilməyibsə, yəni vəliyyi-fəqih məsləhət bilib onu götürməyincə, öz qüvvəsində qalır. 3. Hədlərin icrası “Hədd”lərin icrası (İmam zaman ələyhissalamın) qeybət zamanında da, vacibdir və vəliyyi-fəqihə məxsusdur. 4. Vəliyyi-fəqihin ixtiyarlarının müsəlmanların hər birinin ixtiyarlarına müqəddəm olması İslam və müsəlmanların ümumi məsləhətlərinə aid olan yerlərdə vəliyyi-fəqihin qərarları və ixtiyarları, camaatın istəkləri ilə müxalif və zidd olarsa, onların ixtiyar və qərarlarına müqəddəmdir. 5. İctimai televiziya və radio yayımlarının idarə edilməsi İctimai televiziya və radio yayımları islam və müsəlmanlara xidmət göstərmək və dəyərli ilahi maarifləri nəşr etmək yolunda idarə olunmalıdır. Həmçinin islam cəmiyyətinin təfəkkürünün inkişafı və onların problemlərinin həlli və s. yolunda istifadə edilməlidir. Vəliyyi-fəqihin nümayəndəsinin göstərişlərinə itaət etmək: Vəliyyi-fəqihin göstərişləri vəliyyi-fəqih tərəfindən ona verilmiş səlahiy-yətlər və ixtiyarlar çərçivəsində olduğu halda onunla müxalifət etmək caiz deyil. İdari vilayət: İslamda “idari vilayət” (yəni hər hansı bir idarədə özündən üstün məqamda olan şəxsin göstərişlərinə etiraz haq-qı olmadan tabe olmaq) məzmununda bir məfhum yoxdur, amma idarə nizamnaməsi və qanunları əsasında olan əmrlərlə müxalifət etmək caiz deyil. Təkvini vilayət: Vəliyyi-fəqihin “təkvini vilayət”i yoxdur. Bu Məsumlara(ə) məxsusdur. Vəliyyi-fəqihin mərcəi-təqlidlə nəzər ixtilafı Vəliyyi-fəqihin nəzəri mərcəi-təqlidin nəzəri ilə müxtəlif olarsa, əgər bu ixtilaf ölkənin idarəçiliyinə və ya ümumi müsəlmanlara aid olan məsələlərlə əlaqəlidirsə, gərək vəliyyi-fəqihin nəzərinə itaət edilsin, amma əgər ixtilaf təkcə fərdi məsələlərdə olarsa, onda gərək hər mükəlləf öz mərcəi-təqlidinin fətvasına tabe olsun. Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır. Ahlibeyt.ge Oxşar xəbərlər
|