Bu 3 amilə nəzarət edilsə, insanın izzəti ziyan çəkməz
Mьəllif: admin1
Tarix: 28-04-2018, 21:36
Bu 3 amilə nəzarət edilsə, insanın izzəti ziyan çəkməz
İmam Əli (ə) buyurur: “Hər kim tamah edər, özünü həqir etmiş olar”.

Tamah elə bir xəstəlikdir ki, insanı insanlıqdan çıxardar və şeytanın (lən), malpərəstliyin qulu edər. Tamahkar insan öz məqsədinə çatmaq üçün hər bir zillətə boyun əyməyə hazırdır. Hər kəsə əlini aça bilir və yardım istəyə bilir. Öz şəxsiyyət və qürurunu ayaqlar altına atır.

İmam Əli (ə) insan izzətini alçaldan ikinci amil barəsində buyurur: “Hər kim pərişanlıq və giriftarlığını aşkar edər – zəlil və xar olar”.

İmam (ə) buyurur ki, o zaman ki, insan maddi çətinlikdə olar, bu zaman çətinliyə səbir etməzsə, izzəti aradan gedər. Çünki bu çətinliklər – Allah tərəfindən olan imtahandır.

Əgər giriftarlıqlarını hər kəsə ifşa edərsə, o zaman zəlil hala düşər. Yaxınları və ətrafında olanlar ona xar gözü ilə baxarlar. Bu səbəbdən dinimiz məsləhət görür ki, hər nə qədər maddi çətinlikdə olsan belə, onu gizli saxlamağa çalış. Çünki ancaq bu yolla izzəti qorumaq olar.

İmam Əlinin (ə) üçüncü xəbərdarlığı bu barədədir ki, buyurur: “Hər kim dilini özünə hakim edər – şəxsiyyəti təhqir olar”.

Yəni, bu insanın dili ağlının kontrolundan çıxmışdır və nəfsinə qulluq edir. Hər nə istəyir, onu da deyir. Təbiidir ki, o söz ki, ağıl və təqvadan bəhrələnməz – insana xarlıq və zillət gətirər.

Allah Təala bizləri bu misilsiz hikməti dərk edənlərdən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930