İmam Zaman ağanın (ə) zühuruna aid bir neçə suala cavab
Mьəllif: admin1
Tarix: 29-04-2018, 22:04
İmam Zaman ağanın (ə) zühuruna aid bir neçə suala cavab
Ayətullah Safi Gülpayiqani İmam Zaman ağa (ə) haqqında verilən bir neçə suala cavab vermişdir

Sual: Məhdəviyyət mövzusunda çıxış edənlər, yazıçılar və təbliğatçılar öz çıxışlarında və ya yazılarında daha çox hansı mövzulardan bəhs etməli və hansı mövzunu ön plana çəkməlidirlər?

Cavab: Ümumi olaraq, intizarda olanların vəzifəsi budur ki, İmamı (ə.f.) tanımaq sahəsindəki biliklərini kamil etsinlər və Qurani-Məcidin müjdə verməsi, o Həzrətə (ə.f.) aid gələn hədislərə, onun dünya səviyyəsində qiyam etməsi və dünyanın sonu çatdığı zaman Peyğəmbərin (s) təbliğ edilməsinin çox böyük əhəmiyyətə malik olmasına xüsusi diqqət göstərsinlər.

Qeyb əsrinə aid məsələlər, möminlərin imtahan edilməsi və bu əsrdə Məsum İmamların (ə) dininə və vilayətinə sadiq olan möminlərin fəzilətlərinin bəyan edilməsi, zəif əqidəli şəxslərə təsir edən dəyişikliklərin onları yerindən oynatmaması, dağ kimi imanlarını hifz edərək, dini əhkamlara əməl etmələri çox mühümdür.

Zühurun əlamətlərinə işarə edən hədislərdə dindarlığın çətin olmasına, haram peşələrə və yollara işarə edilməsi və xüsusilə də qadınların imtahan edilməsi və onların naməhrəm kişilərlə məclislərdə iştirak etmələri vurgulanmışdır.

Sual: Məhdəviyyət mövzusunda çıxış edənlər, yazanlar və təbliğ edənlər hal-hazırkı əsrin hadisələri ilə axirəz-zamanın hadisələrini hansı həddə qədər müqayisə edə bilərlər? Bu əsrin şəxsiyyətləri ilə zühur əsrinin şəxsiyyətlərinin müqayisəsini bəyan edə bilərikmi?

Cavab: Bu haqda qəti qərara gəlmək səhv olardı. Əlbəttə, bəzi hadisələr var ki, əlamətləri həqiqətdən uzaqdır. Ancaq hadisələr şərh edilməlidir. Şəxsiyyətləri müqayisə etmək da düzgün deyildir. Adətən uyğunlaşdırmalar tam olmur.

Sual: Məhdəviyyət mövzusunda çıxış edənlər, yazanlar və təbliğ edənlərin bəziləri bu fikirdədirlər ki, əsrimizin şəraitlərini zühur əsrinin şəraitləri, bəzi simalarını zuhur zamanının simaları ilə müqayisə etməklə cavanları bu mövzuya daha çox cəlb etmək olar. Onların siyasi və ictimai nəşələrini qaldırmaq olar. Bu nəzər nə qədər düzgündür?

Cavab: Əlbəttə hər bir zamanda pak və nalayiq simalar olmuşdur. Axirəz-zamanda bu daha çox özünü göstərəcəkdir. Hədislərdə deyildiyi kimi, yer üzünü cahillik, zülm bürüyəcəkdir. Onlar daha çox günahkar və nalayiq insanlardır.

İnsanlara tövsiyə etmək lazımdır ki, əmr-be-məruf və nəhy-əz-munkərlə bu kimi insanların fəsadlarının qarşısını alsınlar. İnsanlara çatdırılmalıdır ki, axirəz-zamanda bu fəsad və təhlükələr insanların dini üçündür ki, onları ayırtsın və onları günahdan uzaq tutsun.

Sual: Bəzi hədislərdə zühur zamanını təyin etmək qadağan edilmişdir. Bəzilərində isə zühuru yaxın görmək vurğulanmışdır. Bu cür hədisləri bir-biri ilə necə uyğunlaşdırmaq olar?

Cavab: O kəs ki, zühur vaxtını təyin edir, inkar olunar. Ancaq zuhurun yaxınlaşmasını dua etmək mühüm vəzifələrdəndir ki, bəzi hədislərdə fəzilətli ibadət hesab edilmişdir. Quran Qiyamət günü və saatı haqqında buyurmuşdur:”Əqtərəbətəs saət”.

Bu, bir növ saata yaxınlığı bildirir. Və Həzrətin (ə.f.) zuhuru haqqında da demək olar ki, yaxındır. Ancaq başqa bir tərəfdən, hədislərdə qeyb zamanı uzun göstərilmişdir.

Əmirəl-möminin (ə) buyurur: “Qeyb zamanının əziyyəti nə qədər uzun olar və bu ümidin həyata keçməsi də nə qədər uzun olar”. Biz hər an zühurun intizarındayıq. Çünki o Həzrətə (ə.f.) və o zühurun həyata keçməsinə olan imana və dünya səviyyəsində olan qiyama sadiqik. Əgər yüz il sonra belə olsa da, bu əqidəyə sadiqiq. Heç bir zaman şübhə etməyəcəyik.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031