11 İmamdan (ə) ölümün həqiqətini əks etdirən 11 heyrətləndirici kəlam
Mьəllif: admin1
Tarix: 30-04-2018, 10:11
11 İmamdan (ə) ölümün həqiqətini əks etdirən 11 heyrətləndirici kəlam
Ölüm istər insana məxsus olsun, istər digər canlılara bu inkar olunmaz bir həqiqətdir. Bunu hər kəs qəbul edir və müşahidə edir. İxtilaf və fərqli baxış ölümün həqiqətində və keyfiyyətindədir.

Təbii ki, bu fərqli baxışlar etiqadın müxtəlifliyindən doğur. İslam etiqadına görə zahiri bədən insanaın həqiqəti deyildir. Hər bir düşüncə sahibi hiss edir ki, onda bədənindən savayı dəyişilməyən bir vəhdət meyarı var.

İllər keçdikcə böyüyən, dəyişilən bədən toxmalarından başqa bir həqiqət mövcuddur ki, bu dəyişilməni hiss edir və mən illər öncə belə idim, bu cür idim deyir.

Həmən o “mən” insanın dəyişilməyən həqiqətidir. İslam dini bunu “ruh” və ya “nəfs” adlandırır. Qurani Kərim bunu belə ifadə edir:

“(Ya Rəsulum!) De: Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) sizi (canınızı) alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (Səcdə-11)

Ayədə diqqət çəkən əsas məqam “sizi alacaqdır” (يَتَوَفَّاكُمْ) ifadəssidir ki, Quran alınan cana “sən” deyir. Bu da o deməkdir ki, insanın əsl həqiqəti məhz alınan həmin “ruh”dur.

Həzrət Peyğəmbər (s) və imamlardan (ə) deyilmiş dəyərli kəlamlarda ölümün həqiqəti və keyfiyyəti belə izah edilir:

Hz. Peyğəmbər (s): “Möminin ölüm anı gül iyləmək kimidir.”

İmam Əli (ə): “Ölüm mömin bəndə üçün şad xəbərdir.”

İmam Həsən (ə): “Mömin üçün ən böyük şadlıq ölümdür.”

İmam Hüseyn (ə): “Ölüm körpüdür.” (Dünya ilə axirət arasında)

İmam Səccad (ə): “Ölüm çirkli libası çıxarıb, təmiz paltar geyməkdir. Ölüm zincirlərdən azad olmaqdır.”

İmam Baqir (ə): “Ölüm yuxu kimidir. Qorxmayın!”

İmam Sadiq (ə): ”Ölüm mömin üçün ən xoş ətirli qoxu kimidir.”

İmam Kazim (ə): “Ölüm sizə günahlardan nicat verən bir vasitədir.”

İmam Rza (ə): “Ölüm mömin bəndə üçün xoş ətir iyləmək kimidir. Sanki ətiri iyləməklə asqırır və dünya möhnətindan azad olur.”

İmam Cavad (ə): “Əgər siz təqvalı (imanlı) olsanız ölümü sevərsiniz.”

İmam Həsən Əskəri (ə): “Bilirsinizmi ölümdən niyə qorxursunuz? Çünki ölümün nə olduğunu bilmirsiniz! Ölüm qəm-qüssədən qurtuluşdur.”


(İslaminSesi)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031