Mütləq suyun qismləri və hökmləri
Mьəllif: admin1
Tarix: 30-04-2018, 10:23
Mütləq suyun qismləri və hökmləri
Mütləq su bir neçə qismdir:

1-Göydən yağan yağış suyu.

2-Yerdən coşan su (axar su).

3-Yağmayan və axmayan su (rakid su). Rakid su əgər təqribən 384 litr ya ondan çox olarsa “kürr”, amma o miqdardan az olarsa “qəlil” adlanır.

Mütləq suyun hökmləri

Mütləq suyun hökmləri aşağıda göstərilənlərdir:

1.Mütləq su nəcis əşyanı pak edir (pakedicilərdəndir)

2.”Qəlil” suyu çıxmaqla digər mütləq sular nəcasətlə təmasda olduq-da nəcasətin rəngi ya iyi ya da dadını özünə almazsa pakdır.

3. Mütləq su ilə dəstəmaz və qüsl səhihdir.

Mütləq suya şəri qanunlarının hökm olunmağı üçün ürfün (camaatın) nəzərində ona mütləq su deyilməsi kifayətdir. Buna görə də, suyun duzluluq nəticəsində təkcə qatılaşması onu mütləq su olmaqdan xaric etmir və bu səbəbdən dəniz suyu ilə çoxlu duzluluğu nəticəsində qatı olmasına baxmayaraq nəcis şeyləri yuyub pak etmək, həmçinin dəstəmaz almaq və qüsl vermək olar.

1.Yağış suyu

Yağış suyu nəcis olmuş şeyin üzərinə yağdıqda onu pak edir.

2.Kürr və axar su

Nəcis olmuş bir şeyi kürr ya axar suya batırsalar pak olur və su da nəcis olmur.

Nəcis şeylərin tökülməsi ilə kürr ya axar suyun rəngi ya qoxusu və ya dadı dəyişərsə nəcis olur və nəcis olmuş şeyləri də pak etmir.

Kürr və axar su paklamaq baxımından fərqlənmirlər.

3.Qəlil (kürr miqdarından az) su

Nəcis bir əşyanı qəlil suya batırmaqla həm su nəcis olur, həm də nəcis şey pak olmur.

Qəlil suyu nəcis bir əşyanın üzərinə tökdükdə onu paklayır, amma onun üzərinə tökdükdən sonra ondan ayrılan su nəcisdir.

Qəlil su təzyiqsiz (də olsa belə) yuxarıdan aşağıya tökü-lərsə və onun aşağı hissəsi nəcasətə dəyərsə, onun üzüaşağılığı yuxarıdan aşağıya axması həddində sayılarsa yuxarı hissəsi pakdır.

Qəlil su kürr və ya axar suya birləşərsə kürr və axar su hökmündə olur.

Suda şəkkin hökmləri

Paklığı və nəcisliyi bilinməyən su şəri baxımdan pakdır, amma əvvəlcədən nəcis olması məlum olan və onun paklanması bilinməyən su nəcis su hökmündədir.

Kürr miqdarında olan suyun kürr miqdarından azalmasına şəkk edilərsə o su kürr su hökmündədir.

Suyun kürr su olmasına şəri hökm edilməkdə onun kürr su miqdarında olmasına yəqin etmək vacib deyil, onun qabaqcadan kürr olması məlum edilərsə onu kürr su hesab etmək caizdir. (Məsələn, əgər qatardakı ayaqyolunuda olan suyun qabaqcadan kürr su olmağını bilə və şəkk edə ki, o miqdardan azalıb ya yox, onu kürr su hesab edə bilər).

Kürr miqdarından az olan suyun kürr miqdarına yetişməsinə yəqin etməyincə, qəlil su hökmündədir.


Şəriət hökmləri Mərcəi təqlid Ayətullah Üzma Seyid Əli Hüseyn Xameneinin fətvaları əsasında hazırlanmışdır.

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930